Bank Of Baku

Nigar Talıbovanın evindən oğurluq edilməsi ilə bağlı açılmış iki cinayət işi birləşdirilib

Nigar Talıbovanın evindən oğurluq edilməsi ilə bağlı açılmış iki cinayət işi birləşdirilib
# 21 fevral 2008 12:15 (UTC +04:00)
APA-nın Türkiyə bürosunun xəbərinə görə, fevralın 20-də cinayəti işi üzrə İstanbulun iki məhkəməsində növbəti proseslər keçirilib. İstanbulun 13-cü cəza məhkəməsində N. Talıbovanın evində çalışmış Fedora Kalin adlı moldovalı qadın, 4-cü cəza məhkəməsində isə onunla əlbir olan 5 Moldova vətəndaşı mühakimə edilir. Onlar N. Talıbovanın evindən 90 min avro pul və 150 min dollar dəyərində qızıl-zinət əşyası oğurlamaqda ittiham olunurlar. Bu şəxslərdən yalnız 2-si haqqında həbs-qətimkan tədbiri seçilib. Məhkəmədə ifadə verən F. Kalin günahını etiraf edərək oğurluqdan sonra Moldovaya qayıtdığını, ancaq vicdan əzabı çəkməyə başladığını deyib: “İki gün sonra Nigar xanıma zəng edib, pulun yalnız 20 min avrosunu götürdüyümü, qalan hissəsinin Vasili Dobrioqloda olduğunu və peşmançılıq duyduğumu söylədim. Həmin 20 min avronu xərclədim. Təəssüf ki, pulun digər hissəsi tapılmadı”. Hakim Əhməd Korkusuz isə 25 ildir hakim vəzifəsində çalışdığını, ancaq bu qədər pul görmədiyini söyləyərək N. Talıbovadan sərvətinin mənbəyini soruşub. Fotomodel 10 ildir çalışdığını, Azərbaycandakı ata evini satdığını, 90 min avronu anasına ev almaq üçün bankdan kredit kimi götürdüyünü, qızıl-zinət əşyalarının bir hissəsini isə dostlarının hədiyyə etdiyini bildirib. Hakim F. Kalinə üzünü tutaraq “pul sənə də yaramadı, bu qadını da məhv etdin”, N. Talıbovaya isə “yenə qazanarsan”, deyib. N. Talıbova cavabında bildirib: “Bu yaşdan sonra necə qazanım? İndi iş yoxdur. İnsan gənc və güclü olarkən çalışır, pul yığır. Hər şeyim getdi”. Hakimlər F. Kalin və V. Dobrioqlonun həbs müddətinin uzadılmasına və hər iki cinayət işinin birləşdirilməsinə qərar veriblər.
Xatırladaq ki, oğurluq ötən il baş verib. N. Talıbovanın evində çalışan Fedora Kalin cinayəti 5 həmvətəni ilə birlikdə törədib. O, N. Talıbovanın 90 min avro pulunu və 150 min dollarlıq qızıl-zinət əşyalarını bir çantaya dolduraraq evin balkonundan aşağıda gözləyən həmvətənlərinə atıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR