Bank Of Baku

Müğənni Röya qadın həbsxanasında konsert proqramı ilə çıxış edəcək

Müğənni Röya qadın həbsxanasında konsert proqramı ilə çıxış edəcək
# 27 fevral 2008 13:57 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Müğənni Röya 8 Mart Beynəlxalq Qadınlar Bayramı münasibəti ilə martın 7-də qadınların cəza çəkdiyi Cəzaçəkmə Müəssisəsində konsert proqramı ilə çıxış edəcək. Konsert sənətçinin Türkiyənin “Golden Rose” kosmetika firması ilə imzaladığı 5 aylıq müqavilə əsasında təşkil olunacaq. APA-nın məlumatına görə, bu barədə fevralın 27-də keçirilən mətbuat konfransında sənətçinin özü məlumat verib. Röya 5 ay müddətində bu firmanın Azərbaycan siması olacağını söyləyib. Əməkdaşlıq çərçivəsində bütün reklam çarxlarında çəkiləcəyini və firma ilə bağlı hazırlanan reklam afişalarında onun foto-şəkillərinin yer alacağını açıqlayan sənətçi, işbirliyinin uğurlu olacağına inanır. Röya müqavilənin imzalanması və ilk reklam çarxının çəkilməsi üçün bu yaxınlarda Türkiyəyə səfər etdiyini də bildirib: “Müqavilə üçün müəyyən miqdarda qonorar almışam. Eyni zamanda bu firma mənim bir neçə layihələmə sponsorluq edəcək. Əvvəllər bu kosmetika firması ilə yaxından tanış deyildim. Ancaq işbirliyi zamanı firmanın məhsullarının çox xeyirli və keyfiyyətli olduğunu gördüm”. Sənətçi əməkdaşlıq çərçivəsində bir sıra xeyriyyə konsertinin keçiriləcəyini bildirib.
Röyanın bütün reklam çarxlarını rejissor Aqil M. Quliyevin rəhbərlik etdiyi “Aqil Film” studiyası çəkəcək. İlk reklam çarxı martın 3-də efirə çıxacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR