Bank Of Baku

Röya: “Popstar-Alaturka”da geyindiyim 11 min avro dəyərində ağ paltarı kirayə götürmüşdüm”

Röya: “Popstar-Alaturka”da geyindiyim 11 min avro dəyərində ağ paltarı kirayə götürmüşdüm”
# 27 fevral 2008 15:36 (UTC +04:00)
O bildirib ki, keçmiş qrup üzvləri yenidən birgə fəaliyyətə başlayacaqlar: “Mənim, Elnarənin və Natəvanın hədəfə alınması bizim birləşməyimizə səbəb oldu. Məni oğru adlandırdılar, guya stil, geyim oğurlayıram, Natəvana erməni dedilər. Sağ olsun böyüklər, bizi birləşdirdilər! Üçümüz bir yerdə yayda klip çəkdirməyi də planlaşdırırıq”. Röyanın sözlərinə görə, vaxtilə Türkiyənin meqa-starı Tarkanla müqavilə bağlayan Türkiyə şirkəti ilə martın 5-də müqavilə bağlayacaq: “Mənim İşın Karacadan çox xoşum gəlir. Türkiyəyə hər səfərimdə onun albomlarını alırdım. Artıq 15 gündür İşın Karaca ilə məktublaşır, söhbət edirəm. Hətta o, mənə birgə mahnı oxumağı da təklif edib. Bu gün mən adımı oğru qoyanlarla yox, Orxan Gəncəbay, Müazzez Abacı, Müazzez Ersoyla əlaqə saxlayıram. Hazırda Sezen Aksu mənim üçün mahnı yazır. Türkiyədə “Popstar-Alaturka”dakı konsertdən sonra “Star TV” dərhal mənə iş təklifi etdi”. Hazırda efirə hazırlaşdığını, hər gün ssenari yazdığını deyən Röya Türkiyədəki sənətçilər tərəfindən də birmənalı qarşılanmadığını söyləyib: “Alaturka”nın səhnəsində Bülənt Ersoyun mənə tərs-tərs baxmağı da mənim üçün xoş idi. Ağ geyimimi görüb hamı təəccübləndi, çünki o layihədə ağ geyim ancaq Bülənt Ərsoya məxsus idi. Geyim demişkən, bu səhnə üçün mən çox gözəl və bahalı geyim istəyirdim. Paltar axtaranda bir qadın dostum dedi ki, “Dior”dan bir paltarı var, bircə dəfə nişana geyinib. 11 min avro dəyərində olan o paltarı fərəhlə götürdüm. Bakıya qayıdanda isə Aygün Kazımova yanımdakı şəxsə zəng vurub nə desə yaxşıdır: “Mən televiziyalara çıxıb deyəcəyəm ki, Röyanın geyindiyi paltar özünün deyil, kirayə götürüb”. İnanın, onun bu sözlərinə elə sevindim ki... O danışacaq və hamı iç üzünü daha aydın görəcək. Sonradan kimsə onu öyrətdi və bu barədə açıqlamalar vermədi”. A. Kazımovanın onun geyimi ilə maraqlanmasına təəccüblənən Röya komplekssiz olduğunu, kirayə paltar geyinməyi eyib saymadığını vurğulayıb: “Mən çıxdığım səhnədə gözəl görünmək istəyirdim və buna nail oldum. Bir vaxt Vaqif Gərayzadə mənə demişdi ki, cəmiyyət üçün küçə qızı yox, müğənni yetişdirir. Mənim üçün də sənət bütün qalmaqallardan irəlidədir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR