Bank Of Baku

Azərbaycanın xalq artisti Niyaməddin Musayev həyat yoldaşı ilə boşanmaq üçün məhkəməyə müraciət edib

Azərbaycanın xalq artisti Niyaməddin Musayev həyat yoldaşı ilə boşanmaq üçün məhkəməyə müraciət edib
# 05 mart 2008 16:01 (UTC +04:00)
Tərəflər əvvəlcə boşanmaq üçün iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət etsələr də, sonradan işə bu məhkəmədə baxılmaması ilə bağlı şikayət veriblər. Apellyasiya Məhkəməsi şikayəti təmin edərək, işi baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərib.
Nizami rayon Məhkəməsindən APA-ya faktı təsdiqləyiblər. Məhkəmədən artıq şikayətin icraata götürüldüyünü və yaxın günlərdə işə baxılacağını deyiblər.
N. Musayev APA-ya açıqlamasında baş verənləri “boş söz-söhbət” adlandırıb və bu barədə danışmaq istəməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR