Bank Of Baku

Elnarə: “Mən Teymur Əmrahdan daha populyar müğənniyəm”

Elnarə: “Mən Teymur Əmrahdan daha populyar müğənniyəm”
# 12 mart 2008 10:39 (UTC +04:00)
Onun məndən daha çox reklama ehtiyacı var. Düşünürdüm ki, dueldə iştirak etsəm, qalib gələcəyəm və Teymur Əmrah bu layihədən çıxacaq. Mənim Teymur Əmrah qədər reklama ehtiyacım yoxdur. Mən özümü ondan daha populyar müğənni hesab edirəm”. Bu sözləri APA-ya açıqlamasında müğənni Elnarə Xəlilova deyib. O, “â„–1” layihəsində duelə gəlməməsinin ATV və layihənin rəhbərliyi ilə əlaqəsi olmadığını bildirib: “Bu “realiti-şou”dur, burada hər şey baş verə bilər. Mən də burada real bir şou oynadım. Duelə getməyəcəyimi özüm üçün əvvəldən müəyyənləşdirmişdim. Teymur Əmrah radioda çıxışında “Elnarə, mənə SMS göndər” dedi. Mən də evdə oturub ona simvolik olaraq SMS göndərirdim. Sadəcə, Teymur Əmrahın xeyrinə bir gecə təşkil olundu”. Layihənin aparıcısının fikirlərinə münasibətinin sərt olmadığını açıqlayan Elnarə “realiti-şou”nun onların dostluğuna xələl gətirmədiyini qeyd edib. Tələbə-müəllim məsələsinə də münasibət bildirən Elnarə Teymur Əmrahı bir peşəkar kimi özünə müəllim hesab etdiyini vurğulayıb: “Mən demədim ki, Teymur Əmrah mənə konkret dərs deyib. Teymur Əmrahla münasibətlərimiz çox yaxşıdır. Duelə qatılmadığım üçün Lalə, Elnur və Zamiqin də çıxışları oldu. O çıxışların hamısını dinlədim və nəticə çıxardım”.
Teymur Əmrah da APA-ya açıqlamasında Elnarənin dedikləri ilə razılaşdığını söyləyib: “Elnarə düz deyir, mənim ondan daha çox reklama ehtiyacım var. Onun duelə gəlməməsini isə özümə təhqir hesab etmirəm. Elnarə ilə çox gözəl münasibətimiz var”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR