Bank Of Baku

“Azəri-star” layihəsi başqa kanalda yayımlanacaq

“Azəri-star” layihəsi başqa kanalda yayımlanacaq
# 24 mart 2008 08:23 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. “Space” kanalında yayımlanan “Azəri-star” layihəsi bundan sonra “Lider” kanalında efirə çıxacaq. Layihənin rəhbəri Kamal Ceng İçten APA-ya açıqlamasında bildirib ki, bu təklif “Lider” kanalının rəhbərliyindən gəlib: “Biz bu təklifi çox gözəl qarşıladıq və qəbul etdik. Məsələni “Space” kanalının rəhbərliyinə də anlatdıq, onlar da bizimlə razılaşdılar. Yeni işbirliyinə başladığımız kanalda daha bir neçə layihənin reallaşmasını nəzərdə tutulur”. K. C. İçtenin sözlərinə görə, bu gündən etibarən “Azəri-star-2008” yarışmasına sənəd qəbulu başlayır. Sənəd qəbulunun aprelin 5-dək davam edəcəyini vurğulayan layihə rəhbəri canlı yayıma aprelin ortalarında start veriləcəyini qeyd edib: “Bu ilki yarışmada bəzi dəyişikliklər olacaq. Münsiflər heyəti tamamilə dəyişiləcək və orada Azərbaycan şou-biznesinin ən tanınmış simaları təmsil olunacaq”. Kamal Cenk İçten builki müsabiqənin formatının dəyişəcəyini də bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR