Bank Of Baku

Röya martın 30-da Heydər Əliyev adına İdman Konsert Kompleksində verəcəyi konsertdə beş yeni mahnı ifa edəcək

Röya martın 30-da Heydər Əliyev adına İdman Konsert Kompleksində verəcəyi konsertdə beş yeni mahnı ifa edəcək
# 24 mart 2008 10:41 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Müğənni Röyanın martın 30-da Heydər Əliyev adına İdman Konsert Kompleksində “Mən sizə göstərərəm” adı altında keçirəcəyi konsert diskoteka formasında təşkil olunacaq. Sənətçinin mətbuat katibi Ülviyyə Alovlu APA-ya bildirib ki, Röya konsertində 17 mahnı ifa edəcək. Mahnılardan 5-i yenidir: “Konsertdə diskoteka üçün tələb olunan bütün işıq avadanlıqları quraşdırılacaq. Gənclər Röyanın ifası altında rəqs etmək imkanı əldə edəcəklər”. Ü. Alovlunun sözlərinə görə, xüsusi olaraq konsert üçün gətirilən işıq, səs avadanlıqları və səhnə dekorasiyasının quraşdırılmasına martın 28-də başlanılacaq. Sənətçini konsert boyu yerli rəqqaslar müşayiət edəcək. Konsertin sonunda isə keçmiş “W trio” qrupu - Röya, Natəvan Həbibi və Elnarə Xəlilovanın ifasında musiqisi reper Cinə məxsus olan yeni mahnı səslənəcək. Konsertin rejissor Ülviyyə Könül tərəfindən lentə alınacağını bildirən mətbuat katibi konsertdən sonra həmin video-yazılardan ibarət film hazırlanacağını qeyd edib. Konsertdə Röya pərəstişkarlarının qarşısına modelyer Gülnarə Xəlilovanın geyimlərində çıxacaq.
Qeyd edək ki, Tolikin təşkilatçılığı ilə keçiriləcək konsertin biletləri 10-20 manat arasındadır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR