Bank Of Baku

Röya: “Konsertimə həmkarlarımdan Elnarə və Natəvandan başqa heç kimi qonaq kimi dəvət etməmşəm”

Röya: “Konsertimə həmkarlarımdan Elnarə və Natəvandan başqa heç kimi qonaq kimi dəvət etməmşəm”
# 27 mart 2008 18:46 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. “Konsertimə həmkarlarımdan Elnarə və Natəvandan başqa heç kimi dəvət etməmşəm. Bu konsertdə keçmiş “W trio” qrupunun üzvlərinin ifasında yeni mahnı səslənəcək. Bu mahnı isə sözləri və musiqisi reper Cinə məxsus olan “Kimdir nömrə 1?” adlanır. Sadəcə mən digər həmkarlarıma demək istəyriəm ki, bəsdirin nömrə və kateqoriya söhbəti etdiniz. Hər birimizə tamaşaçılar qiymət verməlidir. Gəlin hamımız dost olaq və bir-birimizin ayağından çəkməyək”. APA-nın məlumatına görə, bu sözləri müğənni Röya bu gün keçirdiyi mətbuat konfransında açıqlayıb. Martın 30-da Heydər Əliyev adına İdman Konsert Kompleksində keçirəcəyi solo konsertdən danışan Röya bildirib ki, bu konsert əvvəlki konsertlərindən həm format, həm də quruluş etibarı ilə fərqlənəcək: “Məni sevənlər bu dəfə müğənnilərini lirik mahnıların deyil, disko, nayt-klub janrının ifaçısı kimi görəcəklər. Bu səbəbdən də konsert möhtəşəm diskotekanı xatırladacaq. Konsertdə istifadə olunacaq işıq və qeyri-adi səs effektləri isə xaricdən gətiriləcək”. Repertuara 17 mahnı daxil edildiyini deyən Röya bunlardan bəzilərinin yeni tərzdə səslənəcəyini bildirib. Konsertdə rəqs etmək istəyənlər üçün xüsusi rəqs meydançası ayrılacaq. “Mən sizə göstərərəm” adı altında gerçəkləşəcək konsertlərin biletlərinin satıldığını da bildirən Röya, bunu əvvəlcədən bildiyini söyləyib: “Mən bilirdim ki, biletlər satılacaq. Bu əvvəldən məlum idi. Konsertdə tamaşaçılar üçün bir sıra sürprizlər edəcəyəm. Tamaşaçılarıma eksklüziv geyimlər və beş yeni mahnı hazırlamışam”. Röya Türkiyənin “Cəza” qrupu ilə birgə layihələr həyata keçirəcəyini də söyləyib. Hazırda Türkiyənin “Kral” televiziyası ilə danışıqlar apardığını deyən Röya, yaxın vaxtlarda bir neçə klipinin həmin kanalda nümayiş olunacağını vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR