Bank Of Baku

Nadir Qafarzadə “Nömrə 1” layihəsindən uzaqlaşdırılıb

Nadir Qafarzadə “Nömrə 1” layihəsindən uzaqlaşdırılıb
# 29 mart 2008 10:34 (UTC +04:00)
“Məni bu layihədən uzaqlaşdırmayıblar. Sadəcə özüm bu layihədə iştirakdan imtina etmişəm. Belə bir layihədə iştirak etməyi lazım bilmədim. Onu da qeyd etmək istəyirəm ki, layihədən ayrılmağımın iştirakçılarla əlaqəsi yoxdur”. N. Qafarzadə televiziyalarda görünməməyinin səbəbini toylarının çoxluğu ilə əlaqələndirib. Layihənin aparıcısı Emin Musəvi isə APA-ya N. Qafarzadənin layihədən uzaqlaşdırılması barədə növbəti verilişdə ətraflı məlumat veriləcəyini bildirib.
APA-nın əldə etdiyi məlumata görə isə, N. Qafarzadənin Azərbaycan teleməkanında görünməsinə bir müddət qadağa qoyulub. Məhz bu səbəbdən o, “Nömrə 1” layihəsindən də uzaqlaşdırılıb. Bunun səbəbi isə onun digər müğənnilərlə birgə Xocalı soyqırımının ildönümündə İsraildə konsert verməsidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR