Bank Of Baku

Tarkan Bakıda verəcəyi konsert proqramında Krımdan olan müğənni Zarema ilə birgə çıxış edəcək

Tarkan Bakıda verəcəyi konsert proqramında Krımdan olan müğənni Zarema ilə birgə çıxış edəcək
# 29 mart 2008 11:43 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Türkiyənin meqa-starı Tarkanın Bakıda verəcəyi “Vay anam vay” adlı konsertinin biletləri sabahdan Yaşıl Teatrın kassalarında satışa çıxarılacaq. Bu barədə APA-ya konsertin təşkilatçısı “Səs Organization”un rəhbəri Nahid Emiloğlu məlumat verib. Onun sözlərinə görə, mayın 9-10-da Yaşıl Teatr Bakı Konsert Kompleksində keçiriləcək konsertin biletləri 50-350 manat arasındadır. N. Emiloğlu onu da deyib ki, artıq konsertin afişaları vurulmağa başlanılıb. Telekanallarda isə reklam çarxlarının nümayişinə aprelin ilk ongünlüyündə start veriləcək. Konsert proqramında Tarkandan əvvəl Krımdan olan məşhur müğənni Zarema çıxış edəcək. Zaremanın sənətə yeni gəldiyini qeyd edən N. Emiloğlu qısa müddət ərzində müğənninin çox tanındığını vurğulayıb. O bildirib ki, Zaremanın “Atak” adlı mahnısına çəkdirdiyi klip Krımda ən bahalı klip hesab olunur. Təşkilatçı iki günlük konsert proqramı çərçivəsində Zaremanın 6 mahnı ifa edəcəyini qeyd edib. Müğənnini konsertdə özünün xüsusi rəqs qrupu müşayiət edəcək. Konsertin biletlərini almaq üçün 050-510-96-26 nömrəli telefona müraciət etmək olar. Qeyd edək ki, konsertin informasiya dəstəyi APA İnformasiya Agentliyinə məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR