Bank Of Baku

Röya “Mən sizə göstərərəm” adlı solo konsert proqramı ilə çıxış edib

Röya “Mən sizə göstərərəm” adlı solo konsert proqramı ilə çıxış edib
# 31 mart 2008 09:03 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Martın 30-da müğənni Röya Heydər Əliyev adına İdman Konsert Kompleksində “Mən sizə göstərərəm” adlı solo konsert proqramı ilə çıxış edib. APA-nın məlumatına görə, saat 19:00-a təyin olunan konsert, bir saat gec başlayıb. Buna səbəb isə Röyanın səhnəyə hava qaraldıqdan sonra çıxmaq istəyi olub. Zalla dolu tamaşaçılarını xeyli gözlədən Röya, səhnəyə “Unut məni” mahnısı ilə çıxıb. Tamaşaçılara qeyri-adi konsert proqramı vəd olunsa da, müğənni adi bir konsert proqramı ilə çıxış edib. Hətta təşkilatçılar konsert proqramı üçün xarici ölkələrdən texniki avadanlıqlarının və işıq qurğularının gətiriləcəyini vəd etsələr də, proqramda kifayət qədər texniki qüsurlar nəzərə çarpıb. Konsertdə yadda qalan məqam isə Röyanın keçmiş “W trio” qrupunun üzvləri olan Elnarə və Natəvanla birgə “Kimdir nömrə 1?” mahnısını ifa etməsi olub. Röyanın ifasında səslənən 17 mahnıdan dördü yeni, qalanları isə yeni aranjemanda təqdim edilib. Konsertdə müğənninin ifası xüsusi rəqslərlə müşayiət olunub. Konsert boyu Röya ümumilikdə 4 geyim dəyişib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR