Bank Of Baku

Eurovision-2008: Elnur Hüseynov və Samir Cavadzadə Gürcüstanda konsert proqramı ilə çıxış edəcəklər

Eurovision-2008: Elnur Hüseynov və Samir Cavadzadə Gürcüstanda konsert proqramı ilə çıxış edəcəklər
# 02 aprel 2008 14:19 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. “Eurovision-2008” Azərbaycanı müsabiqəsində təmsil edəcək Elnur Hüseynov və Samir Cavadzadə aprelin 3-də Gürcüstana gedəcəklər. “Eurovision-2008” müsabiqəsində Azərbaycanın nümayəndə heyətinin rəhbəri Adil Kərimli APA-ya açıqlamasında deyib ki, səfər aprelin 5-dək davam edəcək: “Səfər çərçivəsində təmsilçilərimiz bu müsabiqədə ifa edəcəkləri “Day after day” mahnısı ilə çıxış edəcəklər. Eyni zamanda Elnur və Samir Tiflis kanallarının qonağı olacaq və yerli KİV nümayəndələrinə müsahibələr verəcəklər. Bu müddət ərzində “Day after day” mahnısının klipi də Tiflis telekanallarında nümayiş olunacaq”. A. Kərimlinin sözlərinə görə, E. Hüseynov və S. Cavadzadə aprelin 12-dən etibarən növbəti Avropa turnesinə çıxacaqlar. Promo-turne çərçivəsində təmsilçilərimiz Malta, Rumıniya, Andorra, Moldova və Sloveniyada ”Day after day” mahnısını ifa edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR