Bank Of Baku

Xuraman Şuşalı toy gününün tarixini açıqlayıb

Xuraman Şuşalı toy gününün tarixini açıqlayıb
# 03 aprel 2008 13:57 (UTC +04:00)
Hələlik nişan mərasiminin keçirilmədiyini bildirən X. Şuşalı nişanın toydan bir az əvvəl baş tutacağını vurğulayıb. Sənətçi nişanlısının kimliyini də açıqlamayıb. Bu sirri o, toydan iki ay əvvəl - iyunda açıqlamaq niyyətindədir. X. Şuşalı onu da deyib ki, artıq gələcək həyat yoldaşı ilə toy mərasiminə at belində gəlməyi qərarlaşdırıblar: “Bu yaxınlarda mənə Qarabağ atı hədiyyə edilib. Toyuma at belində gəlmək ən böyük arzum olub. Bu arzumu gerçəkləşdirəcəyəm. Toy mərasiminə nişanlım öz atında, mən isə öz atımda gələcəyəm. Hazırda at çapmağı öyrənirəm”. X. Şuşalı atına “Şah” adı verdiyini də bildirib: “Deyirlər ki, guya atımı “Tolik” adlandırmışam. Sözün düzü, elə bir fikrim vardı. Ancaq düşündüm ki, birdən atımı elə adlandıraram, “Tolik”ə oxşayar, ona görə fikrimdən daşındım. Mənim atım atların şahıdır, ona görə də ona “Şah” adı yaraşır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR