Bank Of Baku

“Azəri star-2008” müsabiqəsinin münsiflər heyətinin tərkibi məlum olub

“Azəri star-2008” müsabiqəsinin münsiflər heyətinin tərkibi məlum olub
# 08 aprel 2008 09:37 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. “Azəri star-2008” müsabiqəsinin münsiflər heyətinin tərkibi məlum olub. Layihənin rəhbəri Kamal Ceng İçten APA-ya bildirib ki, münsiflər heyətində bəstəkar Eldar Mansurov, aktrisa Sənubər İsgəndəli, sənətçilər Faiq Ağayev və Röya təmsil olunur. Onun sözlərinə görə, aprelin 7-də “Azəri star-2008”-in seçim turları başa çatıb. Müsabiqənin canlı yayımında 20 gənc mübarizə aparacaq. Həmin sənətçilərdən 8-i qız, 12-si isə oğlandır. Layihə rəhbərinin sözlərinə görə, seçim turları ilə bağlı gündəlik verilişlərin yayımına gələn həftədən başlanılacaq. Müsabiqənin canlı yayımına aprelin 25-də start verilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR