Bank Of Baku

Murad Dadaşov: “Maşın” realiti-şousunu davam etdirməyəcəyik”

Murad Dadaşov: “Maşın” realiti-şousunu davam etdirməyəcəyik”
# 08 aprel 2008 10:42 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. “Tamaşaçılara “Maşın” realiti-şousunu davam etdirmək fikrimiz yoxdur. Realiti-şou ilə qurtardıq, bu telelayihə ilə vidalaşmağa qərar verdik”. Bunu APA-ya açıqlamasında layihənin aparıcısı, şoumen Murad Dadaşov deyib. Layihədən artıq yorulduğunu bildirən M. Dadaşov yeni layihələr həyata keçirməyə hazırlaşır: “Vaxtımı əsasən seriallara sərf etmək fikrindəyəm. Maraqlı və süjet xətti zəngin seriallar çəkmək fikrindəyəm. Güman edirəm ki, ilk serialın çəkilişinə bu il başlayacağıq və tamaşaçılara səviyyəli film təqdim edəcəyik”. M. Dadaşov həyata keçirəcəyi digər layihələr barədə daha sonra açıqlama verəcəyini söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR