Bank Of Baku

“Bakılı oğlanlar” yeni tərkibdə fəaliyyətə başlayacaq

“Bakılı oğlanlar” yeni tərkibdə fəaliyyətə başlayacaq
# 17 aprel 2008 11:24 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. “Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubu yeni tərkibdə yenidən fəaliyyətə başlayacaq. Bu barədə APA-ya “Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunun direktoru Pərviz Məmmədov məlumat verib. Onun sözlərinə görə, artıq ilk seçim turu başa çatıb və 17 nəfər seçilib: “Biz bu komandanı konsert vermək, şou göstərmək üçün yaratmırıq. Məqsəd intellektual beynəlxalq yarışlarda iştirak etmək və çempion olmaqdır. Hazırda seçilən 17 nəfərin iştirakı ilə yeni çıxışın televiziya versiyası hazırlanır. Bu bir növ hazırlıq xarakteri daşıyır”. O bildirib ki, yeni layihəyə Anar Məmmədxanlı rəhbərlik edir: “Əslində bu qərarı birlikdə vermişik. Çoxsaylı müraciətlər və media mənsubları tərəfindən verilən suallara cavab olaraq belə qərar verdik. Ancaq yeni tərkibin sonunun necə olacağını bu gün deməyə çətinlik çəkirəm. Təəssüf ki, 17 nəfərin hamısı oğlandır, seçilənlər arasında qızlar yoxdur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR