Bank Of Baku

Erkan Özərman: “Bülənd Ərsoy Azərbaycan haqqında pis fikirlər səsləndirməyib”

Erkan Özərman: “Bülənd Ərsoy Azərbaycan haqqında pis fikirlər səsləndirməyib”
# 29 aprel 2008 15:41 (UTC +04:00)
APA-nın məlumatına görə, bu sözləri “Best model of Azerbaidjan-2008” yarışmasının rəhbəri, müğənni Ruhi Əliyeva deyib. O bildirib ki, yerli seçim turlarında modellərin nümayiş etdirəcəyi geyimlər müğənnin rəhbəriliyi altında yeni fəaliyyətə başlayan “Fashion City”nin modelyerləri tərəfindən hazırlanacaq: “Mənə ötən il də bu yarışmaya rəhbərlik etmək təklif olunmuşdu, ancaq bu təklifi qəbul etmədim. Düşündüm ki, bu düzgün qəbul olunmayacaq. Hamı elə biləcək ki, bu addımı öz reklamım üçün atmışam“. Ruhinin sözlərinə görə, yerli seçim turlarında müsabiqənin münsiflər heyətində “Best model of the world” yarışmasının prezidenti Erkan Özərman və o özü də təmsil olunacaq. Jüridə təmsil olunacaq digər şəxslərin adlarının müsabiqə öncəsi açıqlanacağını deyən Ruhi, burada tanınmış simaların təmsil olunacağını vurğulayıb. Tədbirdə iştirak etmək üçün Azərbaycana səfər edən “Best model of the world” yarışmasının prezidenti Erkan Özərman bu il keçiriləcək müsabiqəyə qatılmaq üçün dünyanın 90 ölkəsindən müraciət olunduğunu qeyd edib: “Ancaq biz bu qədər ölkənin yarışmada iştirakını məqbul saymırıq. Çünki 150 modelin eyni vaxtda səhnəyə çıxması düzgün deyil. Bu il modellərin yaşı 17-19 arasında olmalıdır. Mən istəyirəm ki, bu müsabiqədə iştirak edən modellərin yaşı bu sahədə çalışmaq üçün uyğun olsun. Ötən il Azərbaycanı bu yarışmaya öz istəyimlə daxil etdim”. Bu il keçiriləcək yarışmada problemlərin olmayacağına ümid edən Erkan Özərman türk müğənnisi Bülənt Ərsoyun Azərbaycan haqqında heç bir yanlış fikir söyləmədiyini iddia edib: “Mən onun çıxşına baxdım və o, Azərbaycan haqqında o cür fikirlər səsləndirməyib. Onun adından istifadə edərək yanlış fikirlərin yayılması düzgün deyil. Əgər siz onun belə bir çıxış etdiyini deyirsinizsə, həmin çıxışı gətirib mənə göstərin. Bülənd Ərsoy Azərbaycanı çox sevir. Türkiyənin heç bir vətəndaşı Azərbaycan haqqında pis söz söyləyə bilməz, ermənilər haqqında isə bu, ola bilər”. Müsabiqənin 20 ildir ki, keçirildiyini deyən Erkan Özərman Azərbaycanın 2000-ci ildən etibarən bu müsabiqəyə qatıldığını qeyd edib. Layihə rəhbəri “Best model of the world” yarışmasının final gecəsinin İstanbulda dekabrın 29-da baş tutacağını vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR