Bank Of Baku

Erkan Özərman: “Azərbaycan modelləri ölkələrini dünyada tanıtmaq üçün heç bir iş görmürlər”

Erkan Özərman: “Azərbaycan modelləri ölkələrini dünyada tanıtmaq üçün heç bir iş görmürlər”
# 29 aprel 2008 15:49 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. “Azərbaycan modelləri ölkələrini dünyada tanıtmaq üçün heç bir addım atmırlar. Elə ona görə də bu gün model sahəsində Azərbaycanı tanıyan yoxdur. Azərbaycanı tanıtmaq yollarından biri də model sahəsidir. Azərbaycandan başqa dünyanın hər bir ölkəsi bu vasitədən yararlanır”. APA-nın məlumatına görə, bu sözləri Bakıda səfərdə olan “Best model of the world” yarışmasının prezidenti Erkan Özərman deyib. Onun sözlərinə görə, Azərbaycanda model sahəsində inkişaf yoxdur və heç bir model bu sahəni inkişaf etdirmək üçün çalışmır: “Bu günə kimi hansı azərbaycanlı model Parisdə işləmək üçün şəxsi təşəbbüs göstərib? Belə bir model yoxdur və yəqin ki, yaxın zamanlarda da olmayacaq. Çünki bu sənəti çox sevmək və hər şeyə hazır olmaq lazımdır”. Erkan Özərman model yarışmasının müğənniyə tapşırılmasının əleyhinə olduğunu qeyd edib: “Bu yarışma müğənniyə tapşırılan il şouya çevrilir. Mən bunun tam əleyhinəyəm və bundan sonra bu işin model biznesindən başı çıxan şəxslərə həvalə olunmasını istəyirəm. Bu, mənim qərarımdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR