Bank Of Baku

Azərbaycanın bütün mobil operatorlarının istifadəçiləri “Eurovision-2008” yarışmasının səsverməsində iştirak edə biləcəklər

Azərbaycanın bütün mobil operatorlarının istifadəçiləri “Eurovision-2008” yarışmasının səsverməsində iştirak edə biləcəklər
# 03 may 2008 10:35 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. “Eurovision-2008” yarışmasında Azərbaycanı təmsil edəcək Elnur Hüseynov və Samir Cavadzadə mayın 9-da İstanbulda konsert proqramı ilə çıxış edəcəklər. Bu barədə APA-ya açıqlamasında “Eurovision-2008”də Azərbaycan nümayəndə heyətinin rəhbəri Adil Kərimli deyib. Onun sözlərinə görə, təmsilçilərimizin son promo-turu məhz Türkiyəyə olacaq. Xüsusi hazırlanmış konsertdə yerli təmsilçilərlə yanaşı Türkiyənin tanınmış estrada müğənniləri də səhnəyə çıxacaq. A. Kərimli təmsilçilərimizin təbliğatı ilə bağlı bir sıra hazırlıqlar görüldüyünü də qeyd edib: “Biz təbliğat kampaniyasını əsasən xarici ölkələrdə aparmaq niyyətindəyik. Bununla bağlı xarici ölkələrdə yayımlanacaq xüsusi plakatlar hazırlanır. Hər ölkədə çıxış zamanı Azərbaycana və təmsilçilərimizə münasibət bizləri çox sevindirirdi. Demək təmsilçilərimizin yüksək yer qazanmasına mane olan amil yoxdur”. Nümayəndə heyətinin rəhbəri A. Kərimli müsabiqə zamanı Azərbaycanda fəaliyyət göstərən bütün mobil operator abunəçilərinin səsvermədə iştirak edə biləcəyini deyib: “Hələlik səsvermə proseduraları tam açıqlanmayıb. Əhalimizi səsvermə qaydaları ilə tanış etmək məqsədi ilə xüsusi verilişlər hazırlanacaq və bu verilişlər gələn həftədən efirə çıxacaq. Sadəcə səsvermədə iştirak edən vətəndaşlarımız bilməlidirlər ki, Azərbaycan təmsilçilərinə səs verə bilməzlər. Əks təqdirdə səs vermək üçün sərf etdikləri məbləğ batacaq. Bütün operatorların abunəçilərinin səsvermədə iştirak etməsi məqsədi ilə Azərbaycanda ümumi şirkət artıq fəaliyyətə başlayıb”. Müxtəlif internet saytlarında aparılan sorğunun nəticələrinə gəlincə, A. Kərimli belə nəticələrin heç zaman özünü doğrultmadığını vurğulayıb: “Uzun illərin təcrübəsi göstərir ki, internet səsverməsi nisbi bir şeydir. Bəzən hətta ilk onluğa düşməyən ölkə təmsilçisi internetdə birinci, sonuncu yerlərdə olan ölkə isə birinci olur. Ona görə də narahatçılığa qəti əsas yoxdur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR