Bank Of Baku

Litva klipmeyker-rəssam Egmontas Bjeskas və rejissor Andrius Brokas Azərbaycana gələcəklər

Litva klipmeyker-rəssam Egmontas Bjeskas və rejissor Andrius Brokas Azərbaycana gələcəklər
# 05 may 2008 10:00 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Yaxın günlərdə Litvanın qabaqcıl prodüser mərkəzlərindən birinin rəhbəri, klipmeyker-rəssam Egmontas Bjeskas və “MediaPro” şirkətinin direktoru, rejissor Andrius Brokas Bakıya gələcəklər. Səfər İlyas Əfəndiyev Fondunun İncəsənət Mərkəzinin dəvəti ilə gerçəkləşəcək. Fondun təşkilat komitəsindən APA-ya bildirilib ki, səfərin əsas məqsədi Azərbaycan incəsənəti və şou-biznesi ilə tanış olmaq, yaradıcı insanlar, sənət adamları və şou-biznes aləminin fəal üzvləri ilə əlaqə qurmaq, təcrübə mübadiləsi aparmaqdır. Bununla bağlı səfər çərçivəsində müxtəlif görüşlər, tədbirlər və mətbuat konfransının keçirilməsi nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR