Bank Of Baku

Tarkanın Bakıda verəcəyi konsertin biletləri yaxın günlərdə satışa çıxarılacaq

Tarkanın Bakıda verəcəyi konsertin biletləri yaxın günlərdə satışa çıxarılacaq
# 05 may 2008 11:56 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Türkiyənin meqa-starı Tarkanın mayın 21-22-də Bakıda verəcəyi konsertin biletləri hələlik satışa çıxarılmayıb. Konsertin təşkilatçısı, “Səs Organization”un rəhbəri Nahid Emiloğlu APA-ya açıqlamasında bilet satışının ancaq Yaşıl Teatr rəhbərliyi ilə birgə qərar qəbul olunduqdan sonra həyata keçiriləcəyini vurğulayıb: “Tarkanın konsertinin biletlərinin satışa çıxarılması haqda məlumatlar doğru deyil. Bu anlaşılmazlıq yaxın günlərdə həll olunacaq və biletlərin satışına başlanılacaq. Onu da qeyd etməliyəm ki, Yaşıl Teatrla bağlı internet səhiflərində, mətbuatda yazılanlar yalan və böhtandır”. N. Emiloğlu biletlərin qiymətinin 50-350 manat arasında olacağını qeyd edib. Qeyd edək ki, konsertin informasiya dəstəyi APA İnformasiya Agentliyinə məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR