Bank Of Baku

“Şeron” qrupları arasında ad uğrunda çəkişmə davam edir

“Şeron” qrupları arasında ad uğrunda çəkişmə davam edir
# 05 may 2008 15:33 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. “Şeron” qrupları arasında qalmaqal davam edir. Bir neçə ay bundan əvvəl televiziya kanallarından birində barışdıqlarını tamaşaçılar qarşısında elan edən hər iki qrupun rəhbəri hazırda barışıqlarının formal xarakter daşıdığını bildirirlər. Bunu ilk etiraf edən isə “Şeron” qrupunun rəhbəri Rüstəm Zeynallı olub. Qrup rəhbəri APA-ya bildirib ki, barışmaqlarına baxmayaraq, aralarında münasibətlər soyuq olaraq qalır: “O, sadəcə bir çəkiliş idi. Xalq üçün maraqlı olduğundan bizdən xahiş etdilər, biz də həmin rolu oynamaq məcburiyyətində qaldıq. Əslində isə mənim onlarla barışmaq fikrim yoxdur, bundan sonra da olmayacaq. Aramızda baş verən gizlin mətləbləri ortaya çıxarmaq istəmirəm, amma bu, bir reallıqdır ki, biz bu gün böyük problemlə üz-üzə qalmışıq. Bir ölkədə iki ad altında, iki qrupun fəaliyyət göstərməsi qanunsuzdur. Lakin vaxtilə biz bu məsələni qaldıranda bizə qulaq asan olmadı. Bizim vergilərlə böyük problemimiz yaranır. Əsas vergi ödəyicisi bizim qrup olduğundan, Ülvigilin tədbirlərdən və konsertlərdən əldə etdiyi gəlir bizim üzərimizə yazılır. Biz də bu məbləği heç vaxt ödəməyəcəyik”. Digər “Şeron” qrupunun rəhbəri Ülvi Cəfərov isə qarşı tərəfin ittihamlarını cavablandırıb: “Bu, Rüstəm Zeynallının öz qrupunu populyarlaşdırmaq və qalmaqalla gündəmə gətirmək üçün növbəti addımıdır. Rüstəm dəfələrlə bizim adımızdan istifadə edərək söz-söhbət yaratmağa çalışıb. Lakin indiyə qədər deyilənlərə göz yummuşuq. Rüstəm üçüncü dəfədir ki, adımızı belə məsələlərdə hallandırır və qrupunu reklam edir. Ümumiyyətlə, mən elə bir adam tanımıram, tanımaq da istəmirəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR