Bank Of Baku

Fəxriyyə Xələfova: “Best Model of Azerbaidjan” yarışmasının münsiflər heyətinə dəvət alsam, razılıq verməyəcəyəm”

Fəxriyyə Xələfova: “Best Model of Azerbaidjan” yarışmasının münsiflər heyətinə dəvət alsam, razılıq verməyəcəyəm”
# 07 may 2008 12:20 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. “Best Model of Azerbaidjan” yarışmasının münsiflər heyətinə dəvət alsam, razılıq verməyəcəyəm. Münsif kimi dəvət aldığım digər müsabiqələrdən gələn təklifləri də qəbul etməmişəm. Bunun səbəbi isə bu gün keçirilən moda müsabiqələrinin münsiflər heyətinin çalışma mexanizminin düzgün qurulmamasıdır. Mən beynəlxalq üslubla çalışmağın tərəfdarıyam və düşünürəm ki, belə bir üslubla çalışmağın artıq zamanı yetişib. Əgər belə bir addım atılsa, peşəkar rəy də düzgün olacaq”. Bu sözləri APA-ya açıqlamasında əməkdar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfova deyib. O, keçirilən müsabiqələrdə iştirakçılar arasından seçilən qaliblərin tamaşaçını məyus etdiyini və bu seçimin onları heç zaman qane etmədiyini vurğulayıb: “Seçimi SMS yolu ilə müəyyənləşdirmək dəb halını alıb. Bəzən səs çoxluğu ilə qalib olan iştirakçı münsifləri qane etmir. Müsabiqələrdə elə bir iştirakçı seçmək lazımdır ki, o, mübarizə apara bilsin və xarici ölkələrdə Azərbaycan da öz sözünü deyə bilsin. Bu qədər əziyyət çəkilirsə, nəticə də ürəkaçan olmalıdır. Qaldı ki, müsabiqələrin neçə keçirilməsinə və nəticələr verməsinə, bu, təşkilatçıdan asılıdır”. Bir neçə ildir ki, bu müsabiqənin müxtəlif sənətçilər tərəfindən keçirilməsinə də münasibət bildirən F. Xələfova bildirib ki, əsas bu işin keyfiyyətli həyata keçirilməsidir: “Bizə keyfiyyətli nəticələr lazımdır. Bir məqamı da qeyd edim ki, çox vaxt buna moda yarışması deyirlər, amma bu model yarışmasıdır. Bunu təşkilatçının bilməsi mütləqdir. Mən bu yarışmanı ona görə ölkəmizə gətirdim ki, hər il bizim də bir iştirakçımız orada iştirak etsin”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR