Bank Of Baku

Faiq Ağayev səhnə fəaliyyətinin 20 illiyi münasibətilə hesabat konserti verəcək

Faiq Ağayev səhnə fəaliyyətinin 20 illiyi münasibətilə hesabat konserti verəcək
# 09 may 2008 10:19 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Əməkdar artist Faiq Ağayev aparıcılıq etdiyi “Ulduzlu axşam” verilişi ilə vidalaşacaq. Bu barədə APA-ya sənətçinin mətbuat katibi Fuad Həsənov məlumat verib. O bildirib ki, artıq verilişin son çəkilişləri başa çatıb və verilişin yayımına iyunda son qoyulacaq: “Faiqlə bağlanan müqavilənin vaxtı bitdiyi üçün veriliş son akkordlarını vurur. Ancaq bu, Faiq Ağayevin aparıcılıq fəaliyyətinə son qoymasına dəlalət etmir. Ola bilər ki, payızdan o, tamaşaçıların qarşısına yeni verilişlə gəlsin”. Mətbuat katibinin sözlərinə görə, sənətçi eyni zamanda bu il səhnə fəaliyətinin 20 illiyini qeyd edəcək. Bu münasibətlə isə Faiq Ağayev dekabrda, ad günü ərəfəsində hesabat konserti verəcək. Sənətçinin solo-konserti isə Heydər Əliyev adına Sarayda gerçəkləşəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR