Bank Of Baku

Azərbaycanın “Eurovision-2008”dəki təmsilçilərinin bu gün İstanbulda keçiriləcək konserti Türkiyənin bir neçə kanalında canlı nümayiş olunacaq

Azərbaycanın “Eurovision-2008”dəki təmsilçilərinin bu gün İstanbulda keçiriləcək konserti Türkiyənin bir neçə kanalında canlı nümayiş olunacaq
# 09 may 2008 11:11 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Azərbaycanı Belqradda keçiriləcək “Eurovision-2008” mahnı müsabiqəsində təmsil edəcək Elnur Hüseynov və Samir Cavadzadə İstanbulda səfərdədir. İctimai Televiziya və Radio Verilişləri Şirkətindən (İTV) APA-ya bildirilib ki, təmsilçilər bu gün İstanbulda açıq səma altında konsert proqramı ilə çıxış edəcəklər. E. Hüseynov və S. Cavadzadənin konserti canlı olaraq Türkiyənin “TRT-Türk” və “TRT-İNT” kanallarında nümayiş olunacaq. Yerli vaxtla saat 19:00-da başlanacaq konsertdə onları “Natiq” Ritm Qrupu və Azərbaycan Dövlət Rəqs Ansamblı müşayiət edəcək. Elnur və Samirlə birgə müsabiqənin qalibi olmuş ukraynalı müğənni Ruslana da çıxış edəcək. Məlumatda bildirilib ki, bu, təmsilçilərin sonuncu promo-turnesidir. E.Hüseynov və S.Cavadzadə İstanbuldan Serbiyaya gedərək məşqlərə başlayacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR