Bank Of Baku

Nurlan Növrəsli “Naxçıvanım” klipini təqdim edib

Nurlan Növrəsli “Naxçıvanım” klipini təqdim edib
# 09 may 2008 14:13 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Bu gün gənc sənətçi Nurlan Növrəsli musiqisi Tofiq Quliyevə, sözləri isə Şəmsəddin Abbassova məxsus olan “Naxçıvanım” mahnısına çəkdirdiyi klipin təqdimat mərasimini keçirib. APA-nın məlumatına görə, çəkilişləri Naxçıvanda aparılan klipin quruluşçu rejissoru Samir Fərzəlibəyov, səs rejissoru isə Tərlan Növrəslidir. Tədbirdə çıxış edən N. Növrəsli klipin mərhum prezident Heydər Əliyevin 85 illik yubileyinə həsr olunduğunu bildirib: “Bu mahnı ilk dəfə unudulmaz və böyük sənətkarımız Mirzə Babayevin ifasında səslənib. Onun ifasından sonra bu mahnını oxumaq olduqca məsuliyyətli bir işdir. Ümidvaram ki, klip tamaşaçıların ürəyincə olacaq. Müqəddəs kitabımız Qurani-Kərimin “Əl-Kəhf” surəsində adı çəkilən və Naxçıvanda yerləşən “Əshabi-Kəhf”i ziyarət edərkən rejissor Samir Fərzəlibəyov qərara aldı ki, klipin əsas süjet xətti, tarixi əhəmiyyəti və dini dəyəri olan bu məkanda çəkilsin. Çünki hər bir Azərbaycan övladının ən ümdə vəzifəsi öz tarixini, milli sərvətlərini yaxından seyr edib, öyrənib mənimsəyərək dünyaya taıntmaqdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR