Bank Of Baku

Azərbaycan sənətçilərinin əksəriyyəti “Evrovision”un səsvermə prosedurundan xəbərsizdir

Azərbaycan sənətçilərinin əksəriyyəti “Evrovision”un səsvermə prosedurundan xəbərsizdir
# 12 may 2008 14:36 (UTC +04:00)
Sorğuda iştirak edən Azərbaycan müğənnilərinin əksəriyyəti ölkəmizi dəstəkləyəcəklərini deyiblər. Məsələn, əməkdar artist Brilliant Dadaşova deyib ki, o, hər bir normal vətəndaş kimi öz ölkəsinin təmsilçisini dəstəkləyəcək. Nadir Qafarzadə, Eyyub Yaqubov, Elnarə Xəlilova, İradə İbrahimova, Xuraman Şuşalı, Manana, “Şeron” qrupunun rəhbəri Rüstəm Zeynallı da Azərbaycan təmsilçilərinə səs göndərəcəklərini bildiriblər. Hətta Rüstəm Zeynallı “bu elementar sualdır ki? Əlbəttə, Azərbaycana səs göndərəcəyik” deyib.
Əməkdar artist Aygün Kazımova, Nisə Qasımova, Röya, “Şeron” qrupunun rəhbəri Ülvi Cəfərov, Lalə Məmmədova isə Türkiyənin “Mor və ötesi” rok qrupuna səs göndərəcəklərini bildiriblər. Manana isə Azərbaycan təmsilçisinə səs verməyin mümkün olmadığını bildikdə, Gürcüstan təmsilçisinə səs göndərəcəyini etiraf edib. Sənətçi Teymur Əmrah hələ hansı ölkəyə səs verəcəyini dəqiqləşdirməyib.
Qeyd edək ki, “Evrovision-2008” müsabiqəsində iştirak edən ölkələrin öz təmsilçilərinə səs göndərməsi mümkün deyil. Səs göndərildiyi üçün konturlar silinsə də, həmin səslər iştirakçının lehinə qeydə alınmır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR