Bank Of Baku

Azərbaycanın “Eurovision-2008” təmsilçilərinin məşqi zamanı xüsusi səhnənin əsas dekorasiyası olan “Şeytanın taxtı” aşaraq sınıb

Azərbaycanın “Eurovision-2008” təmsilçilərinin məşqi zamanı xüsusi səhnənin əsas dekorasiyası olan “Şeytanın taxtı” aşaraq sınıb
# 14 may 2008 08:54 (UTC +04:00)
APA-nın məlumatına görə, məşq zamanı “Şeytanın taxtı” təmsilçilərimizi pis vəziyyətdə qoyub. Belə ki, ilk məşqdə Elnur və Samir “Day after day” mahnısını ifa etdikləri zaman təmsilçilərimizin hazırladığı xüsusi səhnənin əsas dekorasiyası olan “Şeytanın taxtı” səhnədən aşaraq parça-parça olub. Samir Cavadzadə taxtdan qalxıb ayaqüstə muğam ifa etmək istəyəndə taxt qəflətən aşıb. Azərbaycan təmsilçiləri öz çıxışlarını sınıq taxtın ətrafında bitirməyə məcbur olublar. “Eurovision” yarışmasının baş rejissoru Sven Stoyanoviç bu cür möhkəm taxtın ağır çəkidə olmayan Samirin gücündən sınmasına inana bilməyib. Dekor ustalarının müdaxiləsindən sonra E. Hüseynov və S. Cavadzadə öz nömrələrini sona kimi məşq ediblər. Ancaq hələ də yarışma zamanı əsas dekorasiyada dəyişiklik edilib-edilməyəcəyi müəyyənləşdirilməyib. “Day after day” mahnısının quruluşçu rejissoru Andrey Eremin bununla bağlı heç bir açıqlama verməyib. O, gələn məşqə kimi bu problemin tamamilə aradan qaldırılacağına söz verib. Qeyd edək ki, növbəti məşq mayın 15-də “Belqrad Arena”da keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR