Bank Of Baku

“Eurovision-2008” yarışmasının yarımfinalında Türkiyə və Azərbaycan bir-birinə səs göndərə bilməyəcək

“Eurovision-2008” yarışmasının yarımfinalında Türkiyə və Azərbaycan bir-birinə səs göndərə bilməyəcək
# 14 may 2008 11:44 (UTC +04:00)
İctimai Televiziya və Radio Verilişləri Şirkətinin (İTV) musiqi korrdinatoru və “Eurovision”un Azərbaycan üzrə nümayəndəsi Leyla Əliyeva APA-ya açıqlamasında deyib ki, mayın 20-də Azərbaycanla birgə 19 ölkə yarışmanın yarımfinal mərhələsində çıxış edəcək: “Yarımfinal mərhələsində biz 18 ölkənin, final mərhələsinə vəsiqə qazansaq, 24 ölkənin nümayəndəsinə səs verə biləcəyik. Müsabiqə günü hər ölkənin kod nömrəsi elan ediləcək. Bu nömrə ümumilikdə Azərbaycan operatorları üçün ayrılmış SMS nömrəsi olacaq. Səsverməyə 15 dəqiqə vaxt ayrılacaq. Müəyyən olunmuş səs nəticələri Avropa Yayım İttifaqına göndəriləcək. Onlar nəticələrə baxıb işlərini yekunlaşdırdıqdan sonra nətiəcələr bağlı şəkildə bizə göndəriləcək və sonra ölkə adından həmin xallar elan olunacaq”. L. Əliyeva deyib ki, yarımfinallarda əvvəlki illərdə olduğu kimi ölkənin adından heç kim səsvermənin nəticələrini elan etməyəcək: “Sadəcə, hesablamalar aparılacaq və yarışmanın təşkilat komitəsi həmin hesablamalara uyğun birinci yarımfinaldan finala vəsiqə qazanan ilk 10 ölkənin adını açıqlayacaqlar. Əgər biz finala vəsiqə qazansaq və səs verməli olsaq, o zaman bir nəfər ölkə adından çıxıb dünyaya bizim səs verdiyimiz ölkələrin adlarını bəyan edəcək”. L. Əliyeva bu il keçirilən müsabiqənin özəlliklərinə də toxunub: “Əvvəla, builki müsabiqənin iki yarım finalı var. Hər iki yarımfinalda çıxış edən ölkələrin siyahısı bilərəkdən elə tərtib olunub ki, səsvermə zamanı ölkələrin siyasi mövqeləri əks olunmasın. Təşkilat Komitəsi bu il ölkələrin bir-birinə geosiyasi mövqedən səsverməsinin qarşısını almağa çalışıblar. Məsələn, Türkiyə vətəndaşları Azərbaycanın, Azərbaycan vətəndaşları isə Türkiyənin təmsilçisinə səs göndərə bilməyəcək. Eyni qayda dost münasibətləri aydın olan ölkələrə də şamil olunub. Hər halda musiqi yarışmasını siyasi mövqelərdən azad etmək üçün belə bir cəhd edilib. Amma finalda bu qaydalar qüvvəsini itirəcək, yəni finalçılara bütün iiştirakçı ölkələrə səs verəcəklər”. L. Əliyeva onu da deyib ki, səsvermə zamanı bir SMS-in qiymətinin məblği hələ müəyyənləşdirilməyib və bu qiymət müsabiqəyə bir gün qalmış məlum olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR