Bank Of Baku

Tarkanın Bakı konsertinin biletlərinin yarısı artıq satılıb

Tarkanın Bakı konsertinin biletlərinin yarısı artıq satılıb
# 14 may 2008 16:11 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Türkiyənin meqa-starı Tarkanın Bakıda verəcəyi konsertinin biletlərinin 50 faizi satılıb. Bu barədə APA-ya konsertin təşkilatçısı, “SƏS Organization”un rəhbəri Nahid Emiloğlu məlumat verib. Onun sözlərinə görə, konsertin son gününə kimi biletlər satışda olacaq, ancaq biletlərinin qiymətində heç bir dəyişiklik olmayacaq: “Biletlərdən artıq qalsa belə, ucuz qiymətə satılmayacaq. İki gündən sonra artıq Tarkanın konsert verəcəyi səhnənin dekorasiyaları, işıq avadanlıqları Bakıya gətiriləcək. Tarkanın özü isə mayın 20-də gecə Bakıya təşrif buyuracaq”. N. Emiloğlu deyib ki, Tarkandan əvvəl səhnəyə çıxacaq Krım müğənnisi Zarema mayın 19-da gələcək. Hər iki sənətçi mayın 23-də öz vətənlərinə qayıdacaqlar. Qeyd edək ki, konsertin informasiya dəstəyi APA İnformasiya Agentliyinə məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR