Bank Of Baku

“Eurovision-2008” yarışmasının rəsmi saytında Azərbaycan təmsilçilərinin çıxışı müsbət qiymətləndirilib

“Eurovision-2008” yarışmasının rəsmi saytında Azərbaycan təmsilçilərinin çıxışı müsbət qiymətləndirilib
# 16 may 2008 12:49 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycanın “Eurovision-2008” yarışmasındakı təmsilçiləri Elnur Hüseynov və Samir Cavadzadənin “Belqrad Arena”dakı ikinci məşqi çox uğurlu keçib. APA-nın məlumatına görə, təmsilçilərimizin çıxışı barədə məlumat müsabiqənin rəsmi saytı olan www.eurovision.tv-də yer alıb. Məlumatda yarışmada ilk dəfə təmsil olunan Azərbaycan təmsiçiləri Elnur və Samirin “Belqrad Arena”da möhtəşəm çıxış etdikləri bildirlib. Eyni zamanda təmsilçilərimizin ifa etdikləri “Day after day” mahnısında yer alan muğam yüksək qiymətləndirilib və məşqin tamaşaçıları tərəfindən alqışlarla qarşılandığı vurğulanıb: “Azərbaycan ilk dəfə olaraq bu müsabiqədə təmsil olunduğu üçün bir çoxları bu ölkənin təmsilçilərindən çox şey gözləyir. İlk məşqdən fərqli olaraq ikinci məşqdə Elnur və Samirin həm ifasında, həm də rəqslərində irəliləyişlər var. Bu cütlüyün Şeytan və Mələk geyimlərində səhnəyə çıxması da olduqca uğurlu alınıb. Cütlük səhnədə çox cəlbedici görünür və onlara baxdıqda insan gözünü belə qırpmaq istəmir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR