Bank Of Baku

“Eurovision” yarışmasının yarımfinalında Azərbaycan tamaşaçıları 8440 SMS kodu ilə səs verə biləcəklər

“Eurovision” yarışmasının yarımfinalında Azərbaycan tamaşaçıları 8440 SMS kodu ilə səs verə biləcəklər
# 19 may 2008 11:11 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Mayın 20-də Azərbaycan ilk dəfə olaraq “Eurovision” yarışmasına öz təmsilçiləri ilə qatılacaq. İctimai Televiziya və Radio Verilişləri Şirkətinin (İTV) musiqi koordinatoru və “Eurovision” müsabiqəsinin Azərbaycan nümayəndəsi Leyla Əliyeva APA-ya açıqlamasında deyib ki, mayın 20-də Azərbaycanın bütün mobil operatorlarının abonentləri 8440 SMS kodu ilə yarışmada iştirak edən 18 ölkənin təmsilçisinə səs göndərə biləcəklər: “Bir daha bütün tamaşaçıların diqqətinə çatdırmaq istəyirik ki, Azərbaycan tamaşaçılarının öz təmsilçimizə səs göndərmək hüquqları yoxdur. Öz təmsilçilərimizə SMS göndərəcəkləri təqdirdə konturlar silinsə də, səs qeydə alınmayacaq. Sabah bir SMS nömrəsindən 20 səs göndərmək imkanı olacaq ki, hər səsin də qiyməti 50 qəpikdir”. L. Əliyeva onu da deyib ki, hər ölkənin təmsilçisinin çıxış edəcəyi nömrə həmin ölkənin kodu olacaq: “Məsələn, ilk çıxış edən ölkənin kodu 1 olacaq. İlk yarımfinal günü, yəni mayın 20-də səsvermədə problem yaranarsa, nəticələri 10 nəfərdən ibarət münsiflər heyəti açıqlayacaq. Münsiflər heyətində Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli, Beynəlxalq Musiqi Şurasının Azərbaycan milli musiqi komitəsinin prezidenti Lalə Kazımova, bəstəkarlar Vaqif Gərayzadə, Eldar Mansurov, Azərbaycan Dövlət Rəqs Ansamblının bədii rəhbəri, xalq artisti Afaq Məlikova, Opera Studiyasının direktoru Azad Əliyev, Müslüm Maqomayev adına Dövlət Filarmoniyasının direktoru, əməkdar artist Murad Adıgözəlzadə, “Qaya” dövlət ansamblının bədii rəhbəri, xalq artisti Rauf Babayev, xalq artistləri Natəvan Şeyxova və Təranə Muradova təmsil olunacaq”.
Qeyd edək ki, sabah keçiriləcək yarımfinal mərhələsi Bakı vaxtı ilə 24:00-da başlanacaq: “Müsabiqədən yarım saat əvvəl isə İTV kanalında münsiflər heyətinin iştirakı ilə canlı diskusiyalar aparılacaq. Bütün yarımfinal mərhələsi İTV ilə canlı yayımlanacaq”. Leyla Əliyeva deyib ki, Azərbaycan təmsilçiləri Elnur Hüseynov və Samir Cavadzadə yeddinci sırada, təqribən saat 00:40 radələrində çıxış edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR