Bank Of Baku

Tarkan sabah Azərbaycana gələcək

Tarkan sabah Azərbaycana gələcək
# 19 may 2008 11:58 (UTC +04:00)
Konsertin təşkilatçısı “Səs Organization”un rəhbəri Nahid Emiloğlu APA-ya deyib ki, Yaşıl Teatr Bakı Konsert Kompleksində Türkiyədən məxsusi olaraq Tarkan üçün gətirilən səhnə, lazımi dekorasiya, işıq avadanlıqları quraşdırılır. N.Emiloğlu bildirib ki, Tarkan musiqiçiləri ilə bərabər mayın 20-dən 21-nə keçən gecə Bakıya gələcək. Meqa-star üç gün Bakıda qalacaq, şəhəri gəzəcək və bakılı pərəstişkarları ilə görüşəcək. Bu gün isə Tarkandan əvvəl səhnəyə çıxacaq Krım müğənnisi Zaremanın Bakıya gəlişi gözlənilir. İki günlük konsert zamanı Tarkan səhnədə iki saat ən yeni və hit mahnıları ilə çıxış edəcək.
Qeyd edək ki, konsertin informasiya dəstəyi APA İnformasiya Agentliyinə məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR