Bank Of Baku

Tarkanla eyni səhnədə çıxış edəcək müğənni Zarema Azərbaycana gəlib

Tarkanla eyni səhnədə çıxış edəcək müğənni Zarema Azərbaycana gəlib
# 19 may 2008 15:40 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Mayın 21-22-də Yaşıl Teatr Bakı Konsert Kompleksində keçiriləcək konsertdə Türkiyənin meqa-starı Tarkanla eyni səhnədə çıxış edəcək kırımlı müğənni Zarema bu gün Bakıya gəlib. APA-nın məlumatına görə, Zarema Azərbaycan şou-biznesinə qatılmaq arzusunda olduğunu bildirib. Azərbaycan musiqisini çox sevdiyini deyən müğənni özünün də Azərbaycan əsilli olduğunu söyləyib: “Mənim soyadım Xəlilovadır, əslən azərbaycanlıyam. Azərbaycanda konsert verəcəyim və Tarkanla eyni səhnəni paylaşacağım üçün çox xoşbəxtəm. Tarkanla bir studiyada çalışmışam, onun necə gözəl insan, istedadlı sənətkar olduğunu görmüşəm”. Zarema şair Bəxtiyar Vahabzadənin şeirlərini dinlədiyini, azərbaycanlı müğənnilərdən Röyanı tanıdığını bildirib. Müğənni konsertdə Azərbaycan mahnıları oxuyacağını istisna etməyib, tamaşaçıları böyük sürpriz gözlədiyini deyib: “Mən “Sarı gəlin” mahnısını oxumağı çox istəsəm də, hələlik bunu bacara biləcəyimi düşünmürəm. Əgər Azərbaycanda mənə bu mahnını öyrətsələr, gələcəkdə ifa edərəm”.
O, Tarkanın iyunun 26-da Moskvada verəcəyi konsertdə də çıxış edəcəyini söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR