Bank Of Baku

Tarkan: “Yenidən Azərbaycanda olmaqdan və sizlərlə görüşməkdən çox məmnunam”- FOTOSESSİYA

Tarkan: “Yenidən Azərbaycanda olmaqdan və sizlərlə görüşməkdən çox məmnunam”- <font color=#FF0000>FOTOSESSİYA</font>
# 21 may 2008 07:58 (UTC +04:00)
O, konsertdə son çıxan “Metamarfoz” albomunda yer alan mahnılarla yanaşı, digər sevilən mahnılarını da ifa edəcəyini deyib: “Mən yenidən Azərbaycanda olmaqdan və sizlərlə görüşməkdən çox məmnunam. Azərbaycanı çox sevirəm və buraya hər səfərimdə böyük zövq alıram. Sizlərə unudulmaz konsert vəd edirəm”. Azərbaycanda verdiyi hər üç konsertində əvvəlcə səhnəyə digər müğənninin çıxmasına münasibət bildirən Tarkan, buna heç də pis yanaşmadığını açıqlayıb: “Mən hər konsertdə səhnədə tək oluram. Sadəcə olaraq əvvəlcə səhnədə başqa müğənnilər çıxış edirlər. Burada pis heç bir şey yoxdur və mən buna normal baxıram. Gənclərə dəstək olmaq lazımdır. Mən Zaremanı tanıyıram və səhnədəki ilk addımlarında onu dəstəkləmişəm”. Bakıda verəcəyi konsertdən əvvəl yayılan şayiələrə münasibət bildirən Türkiyənin meqa-starı bildirib ki, onun Azərbaycana gəlmək istəməməsi ilə bağlı yayılan məlumatlar əsassızdır: “Bütün söz-söhbətlər yalandır. Mən Azərbaycana gəlməkdən heç zaman imtina etməmişəm. Gördüyünüz kimi mən buradayam və iki gün Yaşıl Teatrda canlı ifamla sizin qarşınızda olacağam. Birgə oxuyacaq, oynayacaq və şənlənəcəyik”. Tarkan Sezen Aksu ilə münasibətlərinin çox yaxşı olduğunu qeyd edib: “Bizim aramızda heç bir narazılıq yoxdur. Mən Sezen Aksunu çox sevirəm və onun pərəstişkarıyam. Ona çox böyük pərəstiş edirəm və bu, həmişə belə olacaq”. Sibel Canla bərabər duet oxumayacğını da açıqlayan meqa-star deyib ki, məxsusi olaraq onun üçün yazdığı “Çakmak, çakmak” mahnısında o, sadəcə vokal ifa edib: “Sibel Canla duet olmayıb və bu yaxınlarda da olmayacaq. Mən sadəcə olaraq onun üçün mahnı yazmışam və o da oxuyub. Onun ifasının arxasında isə mən bek-vokal olaraq oxumuşam”. Azərbaycan mahnılarını çox sevdiyini də açıqlayan Tarkan, bizim mahnıları ifa etmək niyyətində deyil: “Sizin ləhcəniz başqadır və mən sizin ləhcədə oxuya bilmərəm. Özümü gülməli vəziyyətə salmaq istəmirəm. Ancaq Azərbaycan mahnılarını çox sevir və dinləyirəm”. Tarkan gərgin iş qrafiki səbəbilə “Eurovision-2008” yarışmasını izləyə bilmədiyini, amma Azərbaycan təmsilçilərini dəstəkləyəcəyini bildirib. Daha sonra Tarkan hava limanından qara rəngli “Hummer” markalı avtomobillə qalacağı otelə gedib. Qeyd edək ki, Türkiyənin meqa-satrı Tarkan mayın 21-i və 22-də Yaşıl Teatrda konsert proqramı ilə çıxış edəcək. O, mayın 23-də səhərə yaxın Türkiyəyə yola düşəcək. Konsertin informasiya dəstəyi APA İnformasiya Agentliyinə məxsusdur.

























1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR