Bank Of Baku

Tarkan Yaşıl Teatrda konsert verib - FOTOSESSİYA

Tarkan Yaşıl Teatrda konsert verib - <font color=#FF0000>FOTOSESSİYA</font>
# 22 may 2008 08:00 (UTC +04:00)
İlk olaraq səhnəyə, öncədən vəd edildiyi kimi, Türkiyədə yaşayan Krım müğənnisi Zarema çıxıb. Gənc müğənni Bakıdakı ilk konsertində yeni işıq üzü görmüş “Atak” adlı albomunda yer alan mahnıları ifa edib. Hər zaman səhnəyə çıxmaq üçün havanın qaralmasını gözləyən Tarkan isə bu dəfə ənənəsini pozub. Tamaşaçıları intizarda qoymaq niyyətində olmayan meqa-star Zaremadan dərhal sonra səhnəyə çıxıb. Bu zamana kimi Bakıda verdiyi konsert proqramlarında səhnəyə qeyri-adi formada çıxan Tarkan bu dəfə qeyri-adi təsir bağışlamayıb. Proqrama “Metamarfoz” adlı albomunda yer alan “Vay, anam vay” mahnısı ilə başlayan sənətçi daha sonra Azərbaycan xalqını salamlayıb: “Mən yenidən sizin qarşınızda konsert verməkdən xoşbəxtəm. Bu gün iki illik fasilənin əvəzini çıxacağıq. Hamımız birgə oxuyub oynayacağıq”. Tarkan konsert boyu “Quzu-quzu”, “Dudu”, “İstanbul ağlıyor”, “Şımarık”, “Asla”, “Bu gecə”, “Uzun incə bir yoldayım”, “Yandım, yandım”, “Hop-hop” və digər mahnıları bakılı pərəstişkarları ilə birgə ifa edib. Sənətçi ifa etdiyi ritmik mahnılar altında yaddaqalan rəqslər edib. Konsertin əvvəlində gənc tamaşaçıları səhnənin yaxınlığına çağıran Tarkan onların oynamasını istəyib: “Bu gün oturmaq yoxdur. Bütün gənclər aşağıya gəlsin. Məni bu gecə yalnız buraxmayın”.
Bir çox konsertlərdə olduğu kimi, dünənki konsertdə də Tarkanla şəkil çəkdirib, qucaqlaşmaq istəyənlərin sayı çox olsa da, mühafizə xidmətinin əməkdaşları pərəstişkarların bu istəklərini ürəyində qoyub. Bir saatdan artıq səhnədə olan meqa-star 20-yə yaxın mahnı oxuyub və tamaşaçılara unudulmaz gecə bəxş edib. Konserti başa vuran kimi Tarkan birbaşa onun üçün ayrılmış avtomobillə qaldığı otelə yola düşüb.
Qeyd edək ki, Türkiyənin meqa-starı bu axşam da Yaşıl Teatrda konsert proqramı ilə çıxış edəcək. Konsertin informasiya dəstəyi APA İnformasiya Agentliyinə məxsusdur.




































































1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR