Bank Of Baku

Bu gün “Belqrad Arena”da “Eurovision-2008” müsabiqəsinin ikinci yarımfinalı keçiriləcək

Bu gün “Belqrad Arena”da “Eurovision-2008” müsabiqəsinin ikinci yarımfinalı keçiriləcək
# 22 may 2008 10:30 (UTC +04:00)
İslandiya, İsveç, Türkiyə, Ukrayna, Litva, Albaniya, İsveçrə, Çexiya, Belorus, Latviya, Xorvatiya, Bolqarıstan, Danimarka, Gürcüstan, Macarıstan, Malta, Kipr, Makedoniya və Portuqaliya təmsilçiləri bu gün finala yüksəlmək üçün öz bacarıqlarını nümayiş etdirəcəklər. İkinci yarımfinal mərhələsi saat 24:00-da başlanılacaq və İctimai Televiziya və Radio Verilişləri Şirkəti (İTV) ilə canlı yayımlanacaq. Bu gecə çıxış edəcək 19 ölkədən 10-u finala vəsiqə qazanacaq. Mayın 24-də keçiriləcək final mərhələsində isə birinci və ikinci yarımfinaldan finala vəsiqə qazanan 20 ölkə və birbaşa finala vəsiqə qazanan 5 ölkə çıxış edəcək. Qeyd edək ki, bu gün Azərbaycan vətəndaşlarının səsvermədə iştirak etmək hüququ yoxdur. Azərbaycan vətəndaşları mayın 24-də final mərhələsində səs verə biləcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR