Bank Of Baku

“Eurovision-2008” müsabiqəsinin yarımfinal mərhələləri başa çatıb

“Eurovision-2008” müsabiqəsinin yarımfinal mərhələləri başa çatıb
# 23 may 2008 08:09 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Dünən axşam “Belqrad Arena”da keçirilən “Eurovision-2008” yarışmasının ikinci yarımfinalı başa çatıb. APA-nın məlumatına görə, ikinci yarımfinala qatılan 19 ölkədən 10-u finala vəsiqə qazanıb. APA-nın məlumatına görə, ikinci yarımfinal mərhələsində İslandiya, İsveç, Türkiyə, Ukrayna, Litva, Albaniya, İsveçrə, Çexiya, Belorus, Latviya, Xorvatiya, Bolqarıstan, Danimarka, Gürcüstan, Macarıstan, Malta, Kipr, Makedoniya və Portuqaliya finala vəsiqə qazanmaq uğrunda mübarizə aparıblar. Ukrayna, Xorvatiya, Albaniya, İslandiya, Gürcüstan, Danimarka, İsveç, Latviya, Türkiyə və Portuqaliya finala vəsiqə qazanıblar. Qeyd edək ki, ilk yarımfinalda çıxış edən 19 ölkədən Azərbaycan, Rusiya, Yunanıstan, Ruminiya, Bosniya və Hersoqavina, Finlandiya, İsrail, Ermənistan, Polşa və Norvec finalda çıxış etmək hüququ qazanmışdı. Mayın 24-də “Belqrad Arena”da “Eurovision-2008” müsabiqəsinin final mərhələsi keçiriləcək. Finalda yarımfinal mərhələsindən yüksəlmiş 20 ölkə və birbaşa finala vəsiqə qazanmış Serbiya, Fransa, Böyük Britaniya, Almaniya və İspaniya çıxış edəcəklər. Qeyd edək ki, Azərbaycan “Eurovision-2008” müsabiqəsində Elnur Hüseynov və Samir Cavadzadənin “Day after day” mahnısı ilə təmsil olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR