Bank Of Baku

Sabah “Eurovision-2008” yarışmasının final mərhələsi keçiriləcək

Sabah “Eurovision-2008” yarışmasının final mərhələsi keçiriləcək
# 23 may 2008 15:29 (UTC +04:00)
Final mərhələsində çıxış edəcək ölkələrin sıralanması belədir: Ruminiya, Böyük Britaniya, Albaniya, Almaniya, Ermənistan, Bosniya və Hersoqavina, İsrail, Finlandiya, Xorvatiya, Polşa, İslandiya, Türkiyə, Portuqaliya, Latviya, İsveç, Danimarka, Gürcüstan, Ukrayna, Fransa, Azərbaycan, Yunanıstan, İspaniya, Serbiya, Rusiya və Norvec. Qeyd edək ki, adları sadalanan 25 ölkənin 20-si mayın 20-si və 22-də keçirilən yarımfinal zamanı finala vəsiqə qazanıblar. Digər 5 ölkə Serbiya, Fransa, Böyük Britaniya, Almaniya və İspaniya isə birbaşa finalda çıxış etmək hüququ qazanıblar.
Qeyd edək ki, final mərhələsində Azərbaycan vətəndaşları 24 ölkəyə səs göndərə biləcəklər. Vətəndaşlarımızın Azərbaycana səs göndərməyi qeyri-mümkündür. “Eurovision-2008” yarışmasında Azərbaycan Elnur Hüseynov və Samir Cavadzadənin oxuduğu, sözləri Zəhra Bədəlbəyli, musiqisi Gövhər Həsənzadəyə məxsus olan “Day after day” mahnısı ilə təmsil olunur. Hazırda “Belqrad Arena”da finalda çıxış edəcək 25 ölkənin təmsilçilərinin əsas və son məşqi keçirilir. Müsabiqənin final mərhələsi İctimai Telviziya və Radio Verilişləri Şirkəti (İTV) ilə canlı yayımlanacaq. Müsabiqə Bakı vaxtı ilə saat 24:00-da başlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR