Bank Of Baku

Çingiz Kurtoğlu: “Zeynəb Xanlarovanın ifası mənim beynimdə həmişəlik həkk olunub”

Çingiz Kurtoğlu: “Zeynəb Xanlarovanın ifası mənim beynimdə həmişəlik həkk olunub”
# 24 may 2008 08:39 (UTC +04:00)
“Sonuncu dəfə Bakıda 2004-cü ildə konsert vermişəm. Əslində çox müddətdə keçməyib, ancaq Bakı dəyişib. Azərbaycanı və buranını insanlarını çox sevirəm”. Mətbuat konfransında çıxışı zamanı bir çox məqamlara toxunan Ç.Kutroğlu Türkiyənin maqazin proqramlarında görünməməyinin də səbəblərini açıqlayıb: “Mən ciddi musiqinin ifaçısıyam. Artıq 27 ildir professional səhnədəyəm və özümü yetərincə təqdim etmişəm. Bu gün maqazin proqramlarının səviyyəsi məni qane etmir, o səbəbdən də dəvət aldığım zamanda oralara getmirəm. Mən səhnəyə yeni gələndə Türkiyənin TRT kanalı varı idi ki, hər birimizə yardım etdi”. Sənətçi Tarkanın həqiqətən də meqa-star olduğunu və öz üzərində həddindən artıq çox işlədiyini vurğulayıb: “Tarkan öz tərzində meqa-stardır. Çünki o həddindən artıq çox işləyir və sənətini sevir. Türkiyə musiqisində gənclərdən dəstəklədiyim və övlad kimi çox sevdiyim biri var, o da Hakan Altundur. Mən onu yüzlərlə müğənninin içindən seçib çıxarmışam. İndi də onunla duetlər üzərində işləyirik”. Yaın vaxtlarda qızına toy edəcəyini bildirən sənətçi, bunun üçün başının çox qarışıq olduğunu da gizlətməyib. Ç. Kurtoğlu böyük oğlunun onun yolunun davam etdirdiyini qeyd edib. Hazırda keçirilən musiqi yarışmalarına gəlincə, sənətçi bütün bunların sadəcə pul tələsi olduğunu qeyd edib: “Türkiyədə keçirilən bütün yarışmalarda pul tələsidir. Mən Azərbaycandan “Popstar Alaturka”da iştirak edən Aygün Şükürovanı dəstəkləyirdim. O layiqli bir sənətçidir, ancaq öz üzərində yenə də işləməlidir”. Azərbaycandan Zeynəb Xanlarovanın ifasının onun beynində həmişəlik həkk olunduğunu vurğulayan türkiyəli sənətçi, Bakıdan bir neçə disk aldığını da deyib. O, bu disklər vasitəsi ilə Azərbaycan mahnılarını öyrənəcəyini də qeyd edib.
Qeyd edək ki, Çingiz Kurtoğlunun Bakıya səfəri həm konsert vermək, həm də bu gün yerli müğənni Elçin Hüseynovun toyunda iştirak etmək məqsədi daşıyır. Ç.Kurtoğlu toy mərasiminə Elçin Hüseynovun dostu kimi qatılacaq. Ç.Kurtoğlunun konsert mayın 23-də Bakıdakı əyləncə mərkəzlərindən birində keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR