Bank Of Baku

“Eurovision-2008” müsabiqəsinin ilk yarımfinalında Ermənistan Azərbaycana 2 bal verib

“Eurovision-2008” müsabiqəsinin ilk yarımfinalında Ermənistan Azərbaycana 2 bal verib
# 25 may 2008 08:58 (UTC +04:00)
Bundan başqa, İsrail (10 bal), Rusiya (8 bal), Norveç (7 bal), Rumıniya (6 bal), Moldova (5 bal), Bosniya-Herseqovina (4 bal), Polşa (3 bal), Hollandiya (2 bal) və Sloveniya (1 bal) təmsilçilərinin çıxışları da azərbaycanlı tamaşaçıların ürəyindən olub. Azərbaycanı bu yarışmada təmsil edən Elnur Hüseynov və Samir Cavadzadə cütlüyünün oxuduğu “Day after day” mahnısı isə daha çox Moldova, Rusiya və Polşa tamaşaçılarının rəğbətini qazanıb. Bu ölkələr təmsilçilərimizin çıxışını 10 balla qiymətləndiriblər.
Qeyd edək ki, ilk yarımfinal mərhələsində heç bir ölkə azərbaycanlı cütlüyün ifasını 12 balla qiymətləndirməyib. İlk yarımfinalda Almaniya (8 bal), Andorra (8 bal), Rumıniya (7 bal), Yunanıstan (7 bal), İrlandiya (4 bal), Belçika (4 bal), İsrail (4 bal), Finlandiya (4 bal), Monteneqro (3 bal) və Bosniya-Herseqovina (3 bal) tamaşaçıları Elnur Hüseynov və Samir Cavadzadənin çıxışını bəyəniblər. Ən maraqlı fakt odur ki, ilk yarımfinalda Ermənistandan olan “Eurovision” həvəskarları Azərbaycanı təmsil edən duetin çıxışını 2 balla qiymətləndiriblər. Xatırladaq ki, ilk yarımfinalda keçirilən səsvermənin yekunlarına görə Azərbaycan təmsilçiləri 96 balla 19 ölkə sırasında 6-cı olublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR