Bank Of Baku

Ədalət və Röya Yaşıl Teatr Bakı Konsert Kompleksində konsert verəcəklər

Ədalət və Röya Yaşıl Teatr Bakı Konsert Kompleksində konsert verəcəklər
# 03 iyun 2008 11:47 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. İyunun 30-da Yaşıl Teatr Bakı Konsert Kompleksində əməkdar artist Ədalət Şükürovun solo konserti keçiriləcək. Bu barədə APA-ya konsertin təşkilatçısı “SƏS Organizathion”un rəhbəri Nahid Emiloğlu məlumat verib. Onun sözlərinə görə, “SƏS Organizathion”un təşkilatçılığı ilə növbəti konsert iyulun 4, 5 və 6-da baş tutacaq. Bu üç günlük konsert proqramı ilə Röya çıxış edəcək. Bu konsertin də Yaşıl Teatrda keçiriləcəyini vurğulayan təşkilatçı, yaxın aylarda daha bir neçə türk müğənnisinin Bakıda konsertinin keçiriləcəyini vurğulayıb. O bildirib ki, hazırda türk sənətçi Sərdar Ortacla danışıqlar aparılır və danışıqlar başa çatdıqdan sonra onun Bakıda konsertinin vaxtı müəyyənləşəcək. Qeyd edək ki, Ədalət və Röyanın verəcəkləri konsert proqramlarının informasiya dəstəyi APA İnformasiya Agentliyinə məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR