Faiq Ağayev: “Həmkarlarım arasında intellektlilər çox azdır”
- Mən sənətimdə müəyyən durğunluq və ya qeyri-fəallıq olduğunu deməzdim. Bu, sadəcə, işimi düzgün qurmağımla bağlıdır. Mahnıların yazılışı, kliplərin çəkilişi, televiziya verilişinə start verməyə hazırlaşmaq, səhnə fəaliyyətimin 20 illiyinə həsr olunmuş konsertə hazırlıq düzənləmək - hər şey pərdə arxasında qalır. Bir azdan Faiq Ağayevin nə qədər fəal olduğunu görəcəksiniz.
- Siz də daxil olmaqla, Azərbaycan estrada müğənnilərinin aparıcısı olduğu verilişlər niyə uğurlu və baxımlı olmur?
- Azərbaycan estrada müğənnilərinin aparıcısı olduğu verilişlərin hamısının uğursuz və baxımsız olduğunu söyləmək düzgün olmazdı. Hər bir verilişə, hər bir müğənni-teleaparıcıya fərdi yanaşmaq lazımdır. Şəxsən mən həm “Ulduzlu Axşamlar”dan, həm onun reytinqindən, həm aparıcılıq qabiliyyətimdən, həm də peşəkarlar tərəfindən verilən qiymətdən razıyam. Digərlərinin işlərinə tənqidi yanaşmaq istəməzdim. Bu, hərənin öz bacarığına, öz daxili imkanlarına bağlıdır.
- Aparıcılığı davam etdirməyi düşünürsünüzmü?
- Yeni televiziya mövsümünə - payıza yeni veriliş üçün təklif var. Hazırda verilişin formatı, efir vaxtı müəyyənləşdirilir, əhatə etdiyi mövzular barədə fikir mübadiləsi aparılır.
- Türkiyə dizilərinə dəvət almısınızmı?
- Bilmirəm bu yaxşıdır, ya pisdir, amma mən türk seriallarını seyr etmirəm. Bu prinsip deyil, vaxt azlığı ilə də bağlı deyil, sadəcə, serial azarkeşi deyiləm və heç bir dəvət də almamışam. Bildiyimə görə, Azərbaycanda heç bir müğənni Türkiyə serialında çəkilmək üçün təklif almayıb. Dəvət olunsaydım, tapşırılan rol, obraz məni maraqlandırsaydı, onda bəlkə serial dünyasına da baş vurardım. İncəsənət Universitetində aldığım təhsil yəqin kömək edərdi ki, bu işi də layiqincə yerinə yetirim.
- Vaxtilə Sizinlə bir səhnəyə çıxmaqdan imtina edən müğənnilər Brilliant Dadaşova və Zülfiyyə Xanbabayeva ilə bir qədər əvvəl dövlət tədbirlərindən birində eyni səhnəni paylaşdınız. Bunu aranızdakı münaqişənin həlli kimi qiymətləndirmək olarmı?
- Qısaca olaraq söyləmək istəyirəm ki, aramızda düşmən axtarmaq düzgün deyil. 50 milyonluq xalqın nümayəndələri yalnız bir düşmənə qarşı zalım olmalıdırlar - o da ermənidir. O ki qaldı adı çəkilən müğənnilərə, mən heç vaxt heç bir təşkilatçı, heç bir dövlət qurumu, heç bir özəl konsert düzənləyən şəxslə şərt kəsməmisəm ki, onlar mənimlə bir səhnədə olmasınlar. Ümummilli liderimiz Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş tədbirlərdə bərabər iştirakımız ondan xəbər verir ki, biz azərbaycanlıyıq və birləşməyi bacarırıq.
- Sponsorunuz kimdir?
- Sponsorum yalnız və yalnız istedadım, zəhmətsevərliyim və sənətimə dəstək verən Azərbaycan xalqıdır. Lakin iri miqyaslı, böyük xərclər tələb edən layihələr üçün zaman-zaman Azərbaycanda fəaliyyət göstərən nüfuzlu şirkətlərə müraciət eləyirik. Uzun illərdir mən “Azercell”lə çalışıram və əməkdaşlığımızdan çox razıyam.
- Hazırda yerli şou-biznesə daxil olmaq üçün nə qədər maliyyə vəsaiti lazımdır?
- Mən 1988-ci ildən bu sənətdəyəm və heç zaman efirdə görünmək üçün pul ödəməmişəm, tanışlıq axtarmamışam, mahnılarım radiolarda, kliplərim televiziyalarda pulsuz yayımlanır. Bir prodüser kimi söyləyə bilərəm ki, şou-biznes aləmində yeni ulduzun parlaması üçün təqribən 200-250 min manat yalnız yarım ilə bəs edər.
- İmicinizi dəyişmək fikriniz varmı?
- İmic dəyişmək deyəndə, yəqin zahiri görünüşdən söhbət gedir. Zahiri görünüşümüzdə müəyyən dəyişikliyə zərurət olduqda, saç ustalarına, modelyerlərə müraciət edirik. Yəqin səhnə fəaliyyətimin 20 illiyinə həsr olunmuş konsert öncəsi də belə bir addım atacağıq.
- Plastik əməliyyat etdirmək necə?..
- Bilirsiniz, dünyada qəbul olunmuş təcrübə var ki, sənətçilər yaşa dolduqca plastik əməliyyat üçün cərrahlara müraciət edirlər. Ən parlaq nümunələrdən biri aktyor Maykl Duqlasın Ketrin Zeta Consla evlənməzdən əvvəl, gələcək həyat yoldaşının təkidi ilə plastik cərrahiyə əməliyyatı keçirilməsidir. Görsəm ki, yaşadığım bu gərgin, dəlisov qrafik nə vaxtsa mənim vücuduma pis təsir göstərir və həkimlərə ehtiyacım var, yəqin edərəm. Amma hələ yaş o yaş deyil.
- Yumoristik proqramlarda tez-tez hədəfdə olmağınız Sizə necə təsir göstərir? Bu yumorlarda həddini aşan hallar olurmu?
- Parodiyaya sözün yaxşı mənasında məruz qalmaq populyarlığın, gündəmdə olmağın, məşhurluğun göstəricisidir. Mən həmişə buna sağlam reaksiya vermişəm. Təbii ki, hər bir işdə, xörək bişirməkdə belə, əndazəni gözləmək lazımdır. Xeyli duzlu və ya duzsuz bozbaş da heç kimin xoşuna gəlməz. Bu məsələdə olduqca həssas olmaq lazımdır və əgər parodiyanı edən aktyor peşəkardırsa, onun təqdim etdiyi məhsul həm tamaşaçının, həm də parodiya hədəfinin xoşuna gəlir. Uğursuz hallar var, lakin bu, mənə problem yaşatmır. Bu uğursuz parodiya yalnız onu ortaya çıxaran qeyri-peşəkarın, həvəskarın, diletantın qüsuru kimi qiymətləndirilə bilər.
- Siz həqiqətənmi özünüzü Azərbaycan şou-biznesinin diplomatı hesab edirsiniz? Əgər belədirsə, bunu nə ilə izah edərdiniz? Hansı müğənnini özünüzdən daha intellektli hesab edirsiniz?
- Bu ləqəbi mənə həmkarlarım və jurnalistlər verib. İş ondadır ki, hər bir insanla dil tapmaq lazımdır. Bəzən övladlar valideynləri ilə, qardaş bacı ilə, ər arvadla dil tapa bilmir. Məncə, münasibətlərin gərginləşməsi yalnız və yalnız insanların biri-birini başa düşməməsi və ya təkəbbürü ilə əlaqəlidir. Münasibət qurmağı bacaran, o münasibəti qoruya bilən insan diplomat kimi qəbul oluna bilər. Yəqin ki, bu mənada göstərdiyim diplomatik səylər düzgün qiymətləndirilir. İntellekt baxımından isə həmkarlarım arasında nadir hallarda Hegeli Qoqoldan ayıran şəxslər tapılır. Lakin çox az sayda olsa belə, həmkarlarım arasında intellekt sahibləri var. Onlar da ya yaşlı nəslin, ya da məndən cavan nəslin nümayəndələridirlər.
- Mütaliə edirsinizmi və sonuncu oxuduğunuz kitab hansıdır?
- Mən kitab oxumağı çox sevirəm, sonuncu oxuduğum kitab isə SSRİ zamanı - 1978-ci ildə çap olunmuş “Azərbaycan tarixi”dir. Bu kitabda çox maraqlı faktlarla rastlaşdım. Məsələn, sən demə, məşhur Don Juan XVI əsrin sonu-XVII əsrin əvvəllərində əslən Bayat qəbiləsindən olan azərbaycanlı Oruc bəymiş. Kimin imkanı varsa, bu kitabı mütləq oxusun.
- Azərbaycan telekanallarındakı şou-maqazin verilişlərinin səviyyəsi Sizi qane edirmi və bəzən yaradılan süni qalmaqallara münasibətiniz necədir?
- İş ondadır ki, maqazin verilişləri şou-biznesin bir güzgüsüdür. Bəzən əyri, bəzən paslanmış, bəzən buxarlanmış güzgü... Ona görə də bizim telejurnalistlərimizi qınamazdım. Sadəcə, bütün maqazin verilişlərinin türk modelli olmasının tərəfdarı deyiləm. Azərbaycanda şou xarakterli televiziya verilişlərinin 95%-i Türkiyə televiziyalarında yayımlanan verilişlərin oxşarıdır.
- Məmur toylarında çoxmu olursunuz?
- Mən toylara gedəndə heç kimdən pasport və ya istənilən siyasi partiyanın üzvlük şəhadətnaməsini tələb etmirəm. Mən toylarda cavanların və onların qonaqlarının keyfli zaman keçirməsini təmin edirəm. Dəfələrlə olub ki, toylarda təmənnasız iştirak etmişəm.
- Sənətə ilk gəlişinizdə Sizə dəstək olanlardan biri Flora Kərimova olub. Hazırda münasibətləriniz necədir?
- Mən sənətə 1988-ci ildə gəlmişəm, Flora Kərimova ilə ifa etdiyimiz “Bir daha” mahnısı isə 1993-cü ildə yazılıb. Yəni artıq 3 beynəlxalq müsabiqənin qalibi Faiq Ağayev olaraq Flora Kərimova ilə duet ortağı olmuşam. Münasibətlər normaldır, düzdür, əvvəlki qədər tez-tez görüşmürük, amma görüşəndə bir-birimizə qarşılıqlı hörmət və rəğbət nümayiş etdiririk.
- Azərbaycan şou-biznesində kriminallaşma görürsünüzmü?
- Ümumilikdə Azərbaycan şou-biznesində kriminallaşma yoxdur və ola da bilməz. Çünki kriminallaşma bir qrup şəxs və ya bir şəxsin bütün fəaliyyəti öz əlinə götürmək istədiyi məqamda yarana bilər. Əfsuslar olsun ki, ayrı-ayrı sənətçilərimiz həyatlarında kriminal hadisələr yaşayırlar. Bu, həm narkotik maddələrlə, həm insan alveri, həm Azərbaycana, millətə, onun dərd və faciələrinə hörmətsizlik nümayiş etməklə bağlıdır. Məni təəccübləndirən və qəzəbləndirən odur ki, belələrinin əməlləri 10-15 gündən sonra unudulur. Baxmayaraq ki, istənilən ölkədə - Türkiyədə, Rusiyada, İsraildə həmin səhvlərdən asanlıqla can qurtarmaq olmur. Yəqin bizdə şou-biznes hələ də ibtidai səviyyədə olduğundan cəmiyyətimiz, həmkarlarım belələri ilə izafi dərəcədə yumşaq davranır, onların əməllərinə göz yumur.
Şou-biznes
Xəbər Lenti
Zelenskinin Stiv Uitkoff və Cared Kuşnerlə görüşü başa çatıb - YENİLƏNİB
Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş dəyirmi masada iştirak edib - YENİLƏNİB
UEFA Millətlər Liqasının qrup mərhələsində V tura start verilib - NƏTİCƏLƏR
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb - YENİLƏNİB
İsrail Fransanın prezidentliyə namizədi Melanşona ölkəyə giriş qadağası qoyub
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib
Prezident İlham Əliyevin Litva Prezidenti Gitanas Nauseda ilə görüşü olub
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb
İranın Sirik şəhəri hücuma məruz qalıb
Husilər Səudiyyə Ərəbistanının neft şirkətinə zərbələr endirdiklərini açıqlayıblar
Kuşner sülh danışıqlarının yeni raundunun nə vaxt keçiriləcəyini açıqlayıb
Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb - TAM MƏTN
UEFA Millətlər Liqası: Türkiyə qrupda beşinci oyunu da uduzub
Pezeşkian: Müharibə heç kimin maraqlarına uyğun deyil
Nyu-Yorkda yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 8-ə çatıb - YENİLƏNİB
Gəncədə nəvəsinin andiçməsində itkin düşən Astara sakininin meyiti Göygöldə tapılıb
Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub
Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub
Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə qarşı sanksiya tətbiq edib
Medinski: Avropalılar Ukrayna ilə bağlı danışıqlara qoşulmağa çalışırlar
COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub
Dublində Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü keçirilib - YENİLƏNİB3
Uitkoff üçtərəfli danışıqların yeni mərhələsinin anonsunu verib
Kavelaşvili: Gürcüstan-Azərbaycan münasibətləri ortaq dəyərlərə əsaslanır
Türkiyədə helikopter qəzaya uğrayıb, dörd hərbçi şəhid olub
Qordana Silyanovska-Davkova Nizami Gəncəvi irsinə xüsusi ehtiramı olduğunu bildirib
Şimali Makedoniya Prezidenti: Azərbaycan heç bir planın kənarında qala bilməz
Şimali Makedoniya Prezidenti Azərbaycanın enerji resurslarının Avropa üçün önəmli olduğunu bəyan edib
Kobaxidze və Paşinyan regional sülhü müzakirə ediblər
Hörmüzün şərqində daha iki qayda pozuntusuna yol vermiş neft tankerində yanğın olub
Bakı Media Mərkəzinin istehsalı olan “Sükut içində addımlar” filminin təqdimat mərasimi keçirilib - FOTO
Gələn il Bakıda Dünya Bankı ilə birgə qlobal konfrans keçiriləcək
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb
Fernando Muslera karyerasını bitirir
Kubanıçbek Ömüraliyev Türk İnvestisiya Fondunun prezidenti təyin olunub
BƏƏ-də zəncirvari qəza olub, 14 nəfər ölüb
Putinin Kremldə Uitkoff və Kuşnerlə danışıqları başa çatıb - YENİLƏNİB
Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
“Məclis.info”nun rəhbəri İmran Əliyevə və Elgiz Qəhrəmana hökm oxunub
Ukrayna ilk dəfə Baltik dənizində Rusiyanın “Kalibr” raketləri daşıyan döyüş gəmisini vurub
General Natiq Əliyevin külli miqdarda dələduzluqda ittiham olunan qızı barəsində ev dustaqlığı qərarı verilib
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - YENİLƏNİB
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim edib
Vaşinqtonda Ağ Evin yaxınlığında atışma olub, azı 4 nəfər yaralanıb
FHN-də Konstitusiya Günü ilə bağlı tədbirlər keçirilib
Böyük Britaniya Rusiyanın 10 ən böyük neft hasilatçısı şirkətinə qarşı sanksiya tətbiq edib
AZAL yerli pilot hazırlığını genişləndirəcək, təlimatçıların sayı artırılacaq
Bakıda "17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası" keçirilib