Bank Of Baku

Ədalət Şükürov və Röyanın Yaşıl Teatrdakı konsertlərinin vaxtı dəyişdirilib

Ədalət Şükürov və Röyanın Yaşıl Teatrdakı konsertlərinin vaxtı dəyişdirilib
# 14 iyun 2008 10:05 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Əməkdar artist Ədalət Şükürovun Yaşıl Teatrda keçirəcəyi konsertin vaxtı dəyişdirilib. Konsertin təşkilatçısı “Səs Organization”un rəhbəri Nahid Emiloğlu APA-ya bildirib ki, “Yada sal sevgilim” adlı konsert proqramı iyunun 30-na nəzərdə tutulsa da, konsert iyunun 27-nə keçirilib. “Sevgililər Günü” münasibətilə keçiriləcək konsert üç saata yaxın davam edəcək. Bu müddət ərzində Ə. Şükürov xüsusi olaraq bu konsert üçün hazırladığı yeni mahnılarını tamaşaçılara təqdim edəcək. N.Emiloğlunun təşkilatçılığı ilə iyulun 4, 5 və 6-da Yaşıl Teatrda keçirilməsi nəzərdə tutulan Röyanın konsertinin də vaxtında dəyişiklik olub. Belə ki, Röyanın “Deməyəcəm” adlı konserti iyulun 5-i, 6-sı və 7-də baş tutacaq. Bu konsertdə Röya bir sıra yeni mahnılarla tamaşaçıların qarşısında çıxış edəcək. Hər iki konsertin biletlərinin qiyməti 20-100 manat arasındadır.
Qeyd edək ki, hər iki konsertin informasiya dəstəyi APA İnformasiya Agentliyinə məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR