Bank Of Baku

Aygün Kazımova ilə Xumar Qədimovanın arası dəyib - FOTOSESSİYA

Aygün Kazımova ilə Xumar Qədimovanın arası dəyib - <font color=red>FOTOSESSİYA </font>
# 19 iyun 2008 09:37 (UTC +04:00)
A. Kazımova isə X. Qədimovaya süni münasibətdən bezdiyini və bundan sonra onunla dostluq etmək istəmədiyini deyib. Müğənnilərin küsülü olduğu stilist Samirənin (Syama) toy mərasimində də aydın hiss olunub. Keçmiş rəfiqələr toyda nəinki eyni masa arxasında əyləşməyiblər, hətta bir-birinə salam belə verməyiblər. Brilliant Dadaşova və Zülfiyyə Xanbabayeva ilə bir masa arxasında əyləşən A. Kazımova X. Qədimovanın toy zalına girdiyini görüb üzünü yana çevirib. Bundan başqa, anası ilə birlikdə toyda iştirak edən İlqarə Kazımova da Xumarla görüşməyib. Sənətçilərin küsülü olduqlarını A. Kazımovanın prodüseri Ülvi Hadıyev (Şaba) da təsdiqləyib. O, APA-ya açıqlamasında sənətçilərin arasının bir müddət əvvəl pozulduğunu etiraf edib. X. Qədimova isə APA-ya açıqlamasında sənət aləmində heç kiminlə küsülü olmadığını vurğulayıb: “Mən şəxsi münasibətləri açıqlamağı sevmirəm. Lap küsülü olsam da, bu barədə danışmaq istəmirəm. Bəzi müğənnilər belə məsələlərlə gündəmdə olmağı sevir. Hamı bilir ki, mən özünəməxsus, öz dünyası olan bir xanımam. Sənət aləmində elə bir obraz yoxdur ki, mən onunla küsüm-barışım. Hamı ilə adi münasibətim var”.














1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR