Bank Of Baku

“Eurovision-2008”in ulduzları Belarusda keçiriləcək festivalda çıxış edəcəklər

“Eurovision-2008”in ulduzları Belarusda keçiriləcək festivalda çıxış edəcəklər
# 19 iyun 2008 11:43 (UTC +04:00)
Minsk. Kərim Həsənli APA. İyulun 10-19-da Belarusda keçiriləcək XVII “Vitebskdə slavyan bazarı” beynəlxalq festivalı çərçivəsində “Eurovision-2008” mahnı müsabiqəsinin ulduzları “EuroFest” adlı konsert proqramı ilə çıxış edəcəklər. APA-nın məlumatına görə, Vitebsk Dövlət Mədəniyyət Mərkəzinin direktoru və festivalın rəhbəri Rodion Bass konsertin bəzi Avropa ölkələrində canlı yayımlanacağını deyib. O bildirib ki, Belarusun xalq artisti, “EuroFest” milli televiziya musiqi layihəsinin direktoru Aleksandr Tıxanoviç və “Eurovision” müsabiqəsinin təsisçisi olan Avropa Yayım İttifaqının rəsmiləri arasında bu barədə razılıq əldə olunub. Konsert festivalın ilk günündə - iyulun 10-dan 11-nə keçən gecə Vitebsk yay amfiteatrında baş tutacaq. Konsertdə Elnur və Samir (Azərbaycan), Dima Bilan (Rusiya), Ani Lorak (Ukrayna), Ruslan Alexno (Belarus), Boaz (İsrail), Diana Qurtskaya (Gürcüstan), Şarlotta Perrelli (İsveç), Siruşo (Ermənistan), “Dəniz piratları” qrupu (Latviya) və digərləri çıxış edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR