Məşhur “Polis Akademiyası” filmində oynayan amerikalı aktrisa Merion Remsi vəfat edib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, onun ölüm səbəbi açıqlanmayıb.
Onun 73 yaşı vardı.
Aktrisa 1984-cü ildə çəkilən “Polis Akademiyası” filmindəki kursant Lavern Huks rolu ilə məşhurlaşıb.