“Avroviziya-2022” üçün mahnı seçimi üzrə qəbul başa çatıb

“Avroviziya-2022” üçün mahnı seçimi üzrə qəbul başa çatıb
# 03 fevral 2022 16:59 (UTC +04:00)

“Avroviziya-2022” müsabiqəsində Azərbaycanı təmsil edəcək mahnının seçimi üzrə qəbul başa çatıb.

APA-nın məlumatına görə, Avropa Yayım İttifaqının (EBU) şərtlərinə əsasən mahnının xronometrajı 3 dəqiqədən çox olmaması və mahnının 2021-ci il sentyabrın 1-dən əvvəl ictimai resurslarda və KİV-də (televiziya, radio və ya internet vasitəsilə) yayımlanması müsabiqənin əsas şərti idi.

Qeyd edək ki, Azərbaycan mayın 12-də ikinci yarımfinal mərhələsində çıxış edəcək. Birinci final mərhələsi isə mayın 10-da baş tutacaq.

“Avroviziya-2022”nin final mərhələsi mayın 14-də Turin şəhərində keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR