Avroviziya təmsilçilərimiz Avropa səhnələrinə çıxıblar

Avroviziya təmsilçilərimiz Avropa səhnələrinə çıxıblar
# 19 aprel 2023 16:04 (UTC +04:00)

Avroviziya təmsilçilərimiz Avropa səhnələrinə çıxıblar

Azərbaycanı bu il Avroviziya mahnı müsabiqəsində təmsil edən TuralTuranX (Tural və Turan Bağmanovlar) Avropa səhnələrinə çıxıblar.

Bu barədə APA-ya İctimai Televiziyadan bildirilib.

Qeyd edilib ki, gənclər Amsterdam və London şəhərində yüzlərlə Avroviziya həvəskarları qarşısında çıxış ediblər.

“Bu kimi konsertlər hər il müsabiqədən öncə müxtəlif şəhərlərdə təşkil olunur. Tural və Turan üçün bu, artıq 1-ci çıxış deyil - onlar aprelin 3-də İsrailin Təl-Əviv şəhərində “Tell me more” mahnısını canlı ifa ediblər. İfaçılar tədbirlər çərçivəsində press-konfranslarda, fərdi müsahibələrdə və hətta ağacəkmə kampaniyasında iştirak edirlər”, - məlumatda deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR