Avroviziyada Azərbaycan finala çıxa bilməyib - FOTO - YENİLƏNİB - 1

Avroviziyada Azərbaycan finala çıxa bilməyib - FOTO  - YENİLƏNİB - 1
# 10 may 2023 01:08 (UTC +04:00)

“Avroviziya” mahnı müsabiqəsinin ilk yarımfinal mərhələsinə yekun vurulub.

APA xəbər verir ki, səsvermənin nəticəsinə görə, 10 ölkə finala yüksəlib.

Xorvatiya, Moldova, İsveçrə, Finlandiya, Çexiya, İsrail, Portuqaliya, İsveç, Serbiya, Norveç finala yüksəlib.

Qeyd edək ki, növbəti yarımfinal mayın 11-i keçiriləcək.

Final mərhələsi isə mayın 13-də keçiriləcək.

***

Saat 00:05

“Avroviziya” mahnı müsabiqəsinin ilk yarımfinal mərhələsində Azərbaycan təmsilçiləri çıxış edib.

APA xəbər verir ki, Tural və Turan Bağmanov qardaşları 12-ci nömrə altında səhnəyə çıxıb.

Tural və Turan Bağmanov qardaşları səhnədə “Tell me more” mahnısını səsləndiriblər.

09.05.2023

Saat 23:03

“Avroviziya” mahnı müsabiqəsinin ilk yarımfinal mərhələsi başlayıb.

APA xəbər verir ki, yarış Birləşmiş Krallığın Liverpul şəhərində təşkil olunur.

Bu gün 15 ölkənin təmsilçiləri səhnəyə çıxacaqlar.

Azərbaycan təmsilçiləri Tural və Turan Bağmanov qardaşları 12-ci nömrə altında səhnəyə çıxacaq.

Birinci yarımfinalda Norveç, Malta, Serbiya, Latviya, Portuqaliya, İrlandiya, Xorvatiya, İsveçrə, İsrail, Moldova, İsveç, Çexiya, Niderland və Finlandiya da mübarizə aparacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR